Icma.az
close
up
RU
Onlar ikiqat maaş alacaq Xidmət rəisi

Onlar ikiqat maaş alacaq Xidmət rəisi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Əgər siz şənbə, bazar və ya bayram günlərində işə çağırılırsınızsa, bu xidmətinizin qarşılığı ya ikiqat maaş, ya da həftə içi əlavə bir istirahət günü ilə əvəzlənməlidir. Qanun işəgötürənə imkan vermir ki, sizi əlavə ödənişsiz və ya kompensasiyasız istirahət günündə işlətsin. Bu qaydaların pozulması halında vətəndaşlar rəsmi şəkildə müvafiq dövlət qurumlarına müraciət etmək hüququna malikdirlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda keçirilən mətbuat konfransında Xidmət rəisi Vəli Quliyev danışıb. O bildirib ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilməsi halında əməkhaqqı mütləq şəkildə artırılmış məbləğdə ödənilməlidir.

Vəli Quliyev qeyd edib ki, ödəniş qaydaları işçinin tətbiq etdiyi əməkhaqqı sisteminə görə fərqlənir. O, bu fərqləri belə izah edib: "Vaxtamuzd əməkhaqqı sistemində işləyənlərə gündəlik tarif maaşının ən azı iki misli ödənilir. İşəmuzd əməkhaqqı sistemində çalışanlara ödəniş ikiqat işəmuzd qiymətlərindən aşağı ola bilməz. Aylıq maaş alan işçilərə gəldikdə isə: Əgər iş aylıq iş vaxtı norması daxilində görülərsə, maaşdan əlavə gündəlik vəzifə maaşı qədər ödəniş edilir. Əgər iş aylıq normadan artıq görülərsə, maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir".

Xidmət rəisi həmçinin işçilərin alternativ hüquqlarının olduğunu da vurğulayıb. Onun sözlərinə görə, işçi öz istəyi ilə əlavə əməkhaqqı əvəzinə başqa istirahət günü ala bilər. Bundan əlavə, işəgötürən tərəfindən həmin günlərdə tətbiq edilən normadan artıq iş vaxtı xüsusi qaydada tənzimlənir. Belə ki, bu hal iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraq ödəniş həyata keçirilməlidir.

Əmək hüquqlarının qorunması və qanunvericiliyin tələblərinə əməl olunması həm işçi məmnuniyyəti, həm də işəgötürənlərin gələcəkdə qarşılaşa biləcəyi hüquqi sanksiyaların qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu xəbərdarlığı işçilərin öz haqlarını bilməsi və istismar hallarının qarşısının alınması üçün mühüm addımdır. ( milli.az )

Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri