Icma.az
close
up
RU
Onlar kriminala niyə yönəlir? AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR”

Onlar kriminala niyə yönəlir? AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Demək olar ki, vaxtaşırı yeniyetmələrin kriminal hadisələr törətməsi ilə bağlı xəbərlərə rast gəlirik.

Misal üçün bu gün Bakıda 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Bəzi yeniyetmə və gənclər kriminal aləmə hansı səbəbdən maraq göstərir? Bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki, bu o səbəblərdən irəli gəlir ki, bu cür yeniyetmələrin yetişməsində təbii ki, ailələrin çox böyük səhvləri var, günahları deməzdik, günahları artıq hadisə baş verdiyi zaman hiss edib, sezirlər və "mən nə günah işlədim, nə səhv buraxdım" bu kimi suallar ünvanlayırlar. İstər qızların başına gələcək hər hansısa bir təcavüz hadisələridə, istər oğlanların kriminal şəxsiyyyət tipinə yönəlməsində.

  Baxın bir oğlan uşağını böyüdərkən hər kəs deyir ki, "heç kəsdən qorxma, kimə gəldi söy" balaca vaxtı bu onlar üçün çox maraqlı olur. Hətta eiforik bir vəziyyətdə hər kəs gülüşlərə qərq olur, alqışlayırlar "ay bax ey görün necə söydü" bunu fəxrlə belə danışırlar. Amma yeniyetmə yaşına çatanda kiçik yeniyetməlikdə artıq o oğlan uşağının hansı kriminal aləmə meyil etməsini sezə bilirik. Onun süzgün baxışları artıq "mən kriminal aləmə doğru addımlayıram" deyir, amma dərk etmirlər ki, kriminal aləmə gedərkən nələr baş verə bilər. Etnopsixologiyaya əsasən, artıq burda özünü göstərmə başlayır ki, "mən artıq böyümüşəm" deyə siqaret çəkməkdə belə özlərini kişi kimi görürlər. Hətta sevgi macəralarına bənzər macəralar yaranarsa, sanki o qızla ünsiyyətlərində belə özlərini tamamilə böyük hesab edib, vuraram, yıxaram, çəkərəm deyirlər. Bu bulinqlərin yaranmasına əsas səbəb ailə daxili münaqişələr ailədə, həmin tərbiyə dövründə uşağa verilən və alt şüur altında "kimi istəyirsən vur, yıx mən yanındayam" deməsidir. Yəni söydünmü, gücün çatmadı, əlinə bir daşı al vur. Bu tipdə beyin proqramlaşmaya doğru getdikdə artıq yeniyetmələr böhran dövrünü yaşadıqca, yaşanan böhran dövrünün içərisində şüuraltı yığılan proqrama doğru olaraq addım atmağa başlayırlar və bu addım nə olur? - bəzən baxırıq ki, bıçaqlanma ilə nəticələnir.

  Təbii ki, bu istiqamətdə yeniyetmələrin vaxtaşırı pratik psixoloqlarla görüşməsində zərurət var. Çünki məktəb psixoloqlarının praktik psixoloq olmadığından belə baş vermiş hadisələrdə çıxış yolu tapa bilmirlər. Bəzən elə olur ki, bu tipli hadisənin baş verməməsi üçün valideyn yeniyetməni gətirir ki, "harda səhv etdiyimi bilmirəm doktor, siz mənə kömək edin". Demək nə baş verir - yeniyetmələr nə olursa olsun, praktik psixoloqlarla görüşüb, onları narahat edəcək durumlarda hansı bulinq hadisələrin baş verməsini bölüşdükcə, orda onun psixiki xüsusiyyətinə uyğun olaraq psixoloq artıq o uşağı yenidən həyata gətirir, ikinci ana olur və yaxudda bəy psixoloqlar onlar üçün həqiqətən həm ana, həm ata rolunu oynayır.

"Ona görə də belə situasiyalarda ailələr və yeniyetmələr psixoloqlardan qaçmasınlar, düşünməsinlər ki, psixoloqa övladımı apararam deyərlər ki, psixoloqa gedirsə bunun hər hansısa bir psixi problemi var. Əsla yox, nəinki psixi problemi olan, hətta ən ağıllı insanlar məhz elə psixoloqa vaxtında müraciət edir ki, daha sonra psixiatrın yanında gülünc vəziyyətdə və yaxudda təcridxanada dəmir barmaqlıqlar arasından baxaraq ağlamasınlar", - deyə psixoloq qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri