Icma.az
close
up
RU
Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Bu gün AYNA rəsmi xəbər yayıb və bunu “yenilik” adlandırıb. Başlıq: “Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik – YENİLİK”. Xəbərdə o da deyilir ki, AYNA ictimai nəqliyyatda nağdsız ödənişin tədbiq olunmasına hazırlaşır. Daha bir sitat: “Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək”.

Bakupost.az xəbər verir ki, bu fikirləri sosial şəbəkədə iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, AYNA-nın “yenilik” deyiyi məsələ hələ 2011-ci ildə tədbiq edilmişdi:

“Xatırlayırsınızsa, o zaman “Nəqliyyatın İntelektual İdarəetmə Sistemi” adlı qurum yaradılmışdı, təxminən 100 mln. manat, o zamankı məzənnə ilə 125 mln. dollardan çox vəsait xərclənmişdi. Həmin sistemin açılışı zamanı qurum rəsmi məlumat yaymışdı, məğzi də o idi ki, Nəqliyyatın İntelektual İdarəetmə Sistemi, yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksi olacaq. Dayanacaqlarda quraşdırılan monitorlar vətəndaşların zamana qənaət etməsinə imkan verəcək, nəqliyyat vasitələrinin dayanacağa yaxınlaşma zamanını dəqiq göstərəcək. Bundan başqa, nəqliyyatda nağdsız ödənişlərin tətbiqinə start veriləcək.

Hə, bəs nə oldu bu super intellektual sistemə, nə ilə yadda qaldı?! Deyim də, ən yadda qalan məsələ, bu sistemi quran, idarə edən məmurların varlanması və bir də dayanacaqda -55 dərəcə şaxta olduğunu göstərən taplo oldu. Sonra nə həmin dayanacaqlar qaldı, nə də monitorlar, 125 mln. dollar da “intellektual” məmurlara (layihənin kuratoru Ziya Məmmədov idi) yem oldu.

Bu sistem necə “uğurlu” oldusa, AYNA da eyni “uğur” qazanacaq – çünki o zaman da ictimaiyyəti, mütəxəssisləri dinləmədilər, indi də öz bildiklərini edirlər. 15 il əvvəl nəticəsiz işi təkrarlamağa çalışıb, bunun adını “yenilik” qoymaq ayıbdır...”

Lalə, Bakupost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:463
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri