Icma.az
close
up
RU
“Onlar məqsədlərinə çatmayacaq”

“Onlar məqsədlərinə çatmayacaq”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ermənistan yarandığı dövrdən bu günə kimi üzərinə qoyulan tapşırıqları icra etməkdədir.Yəni bölgə destruktiv hərəkətlər, Azərbaycan və Türkiyənin yaxınlaşmasına mane olmaq, bufer zonada yerləşərək bu missiyanı yerinə yetirmək, torpaqlara iddialı olmaq və s. Bütün bunlar 100 ildən artıqdır davam edir. Lakin müstəqil Azərbaycan və onun qurucusu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ordu quruculuğu, iqtisadi inkişaf və təbii olaraq cənab Prezident İlham Əliyevin bu siyasəti keyfiyyətcə yeni formada uğurlu davam etdirməsi ölkəmizi dünyanın ən güclü və sürətlə inkişaf edən dövlətlərindən birinə çevirməkdədir. Bizim 2020-ci ildə qazandığımız möhtəşəm qələbə, 2023-cü ildə heç bir gün çəkməmiş keçirilən antiterror əməliyyatı suverenliyimizin tam bərpa olunması ilə yekunlaşdı və Azərbaycan tarixində ən böyük şanlı, möhtəşəm qələbəsini qazanmış oldu”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Deputat diqqətə çatdırıb ki, artıq 5 ilə yaxındır ki, biz postmüharibə dövründə yaşasaq və qalib olmağımıza baxmayaraq Ermənistana sülh əlimizi uzatsaq da, Ermənistan bu və ya digər formada hələlik bu müqaviləni imzalamaqdan yayınmaqdadır: “Sözdə, bəyanatlarda sülhdən danışan Paşinyan və onun komandası təəssüflər olsun ki, sülh müqaviləsinin şərtlərindən irəli gələn məsələlərdə hələ də yarımçıq fəaliyyət göstərməkdədir. Minsk qrupunun qarşılıqlı şəkildə ləğv edilməsi və Konstitusiyasında Azərbaycana olan iddianın ləğv edilməsinə Ermənistan dəfələrlə razılığının olduğunu bildirsə də konkret olaraq hələki əməli fəaliyyəti yoxdur. Paralel olaraq Ermənistan ərazisini digər ölkələrin plasdarmına çevirir. Hazırda Ermənistan ərazisi Gümrüdə Rusiyanın 102-ci hərbi bazası, Müdafiə Nazirliyində Fransanın yüksək çinli zabitləri, Pentaqonun əməkdaşları var. Həmçinin dünyada ABŞ-nin ən böyük səfirliyi Ermənistanda yerləşir. Yəni balaca bir ölkə olan Ermənistanda minlərlə ABŞ səfirliyinin əməkdaşının olmasına nə lüzum var?”.

V.İskəndərovun sözlərinə görə, hazırda ölkədə üçüncü qarışıq qüvvə isə Avropa İttifaqının missiyasıdır: “Onlar binokl diplomatiyası adını uğurla haqq ediblər. Bu təxribatçı qrup da Ermənistan ərazisində yerləşməklə az qala hərbi batalyon kimi fəaliyyət göstərir. Keçmiş hərbçilər, keçmiş təhlükəsizlik xidməti əməkdaşları da təxribatçı faəliyyətlə Ermənistan ərazisində bu gün mütəmadi olaraq şərti sərhəddə Azərbaycana binoklla baxmaqdadırlar. Yəni belə bir ölkənin ərazisində bir-birinə zidd, amma fəaliyyət göstərən bir ölkədə təbii ki, hər hansı bir müstəqillikdən danışmaq mümkün deyil”.

O həmçinin bildirib ki, sülh müqaviləsini uzatmaqla, Avropa İttifaqı missiyasının fəaliyyətini legallaşdırmağa cəhd etməklə Ermənistan ara-sıra təxribatlar törədir, atəşkəsi pozur: “Burada birinci məsələ Avropa İttifaqı missiyasının danos yazanları atəşkəsin pozulmasını Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd edərək özlərinin Avropadakı rəhbərlərinə yalançı, təxribatçı məlumatlar göndərirlər. Yəni onların orada qalmasının zəminliyini yaradıb və möhkəmləndirməyə çalışırlar. İkinci məsələ, Azərbaycanı təxribatlara çəkməklə iki ölkənin hələ də sülhə hazır olmadığını göstərməyə çalışırlar. Üçüncü məsələ iki ölkənin ikisinin masaya oturaraq digər qüvvələr olmadan bir neçə uğurlu məsələlərdə əməkdaşlıq etdiklərini görərək onların hər vəchlə bir yerdə masaya oturmasına əngəl törətməkdədirlər. Məqsəd budur. Təbii ki, məqsədlərinə çatmayacaqlar. Azərbaycan öz inkişaf yolundadır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri