Icma.az
close
up
RU
Onlar niyə böyük yazıçı ola bilmədi? Aydan Hacı

Onlar niyə böyük yazıçı ola bilmədi? Aydan Hacı

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Aydan Hacının "Bəhanə, yoxsa fakt?" yazısını təqdim edir.
Ədəbiyyat tarixində ölkəsindən kənarda yaşayaraq yazıb-yaradan yazıçılar var ki, həmin şəxslər ədəbi aləmdə mühüm yer tutur. Əlbəttə, elə bu mühüm yeri tutmaqlarına səbəb, məhz öz ölkələrində hansısa səbəblərə görə uğur qazanmamaqlarıdır. Təbii ki belə hallar çox olur. Zamanında Nazim Hikmət kimi şair də öz ölkəsində sevilməmişdi, sürgünlərə, həbslərə məruz qalmışdı. 

Ölkəsindən gedən yazıçıların kimisi siyasi, kimisi də ümumi söhbətlərə görə başqa yerlərə köçüb və bununla onların yaradıcılığı da böyüyüb. Hazırda da dünyada belə yazıçılar mövcuddur. Məsələn, götürək elə Xalid Hüseyninin özünü. 

Əlbəttə, yazıçılar və əsərlər arasında müqayisə aparmaq, məşhurlaşmaq, uğur qazanmaq səbəblərini müzakirə etmək olar, lakin vəziyyət ortadadır. 

Yaxşı, bəs bizdə vəziyyət necədir?

Məgər Azərbaycan ədəbiyyatında ölkəsini tərk edərək başqa ölkələrdə yazıb yaradan yazıçılar yoxdurmu? Sözsüz ki var. 

Əvvəlcə xatırlayaq ki, ölkəmizdən gedən və yaradıcılığını kənarda davam edən yazıçılarımız kimlərdir?

Müasir dövr ədəbiyyatına nəzər salsaq, Seymur Baycan, Günel Mövlud və Əli Əkbərin adlarını çəkə bilərik. 

Ədalət naminə hər üç yazıçının istedadlı olduğunu qeyd edək.

Günel Mövlud


Belə ki, Seymur Baycan Tiflisə, Əli Əkbər İsveçə, Günel Mövlud isə Norveçə üz tutub.

Yaxşı, müxtəlif səbəblər gətirərək ölkəni tərk edən bu yazıçıların heç olmasa birinin uğurlarını niyə görmədik?

Əgər bu adamlar, doğrudan da istedadlı idilərsə, niyə bu illər ərzində onların daha da böyüdüyünün şahidi olmadıq? 

Ən azından, yaşadıqları ölkədə tanınacaq qədər bir əsər ortaya qoya bilmədilərmi?

Axı hər üç müəllif ölkədə olduğu illərdə də, getdikləri yerdə də azərbaycanlı oxucuları, Azərbaycan ədəbiyyatını, hətta dövlətin ədəbiyyata yanaşmasını tənqid edirdilər. 

Onlar ora yazmaq, böyümək, rahatlıq üçün getməmişdilərmi?

Əgər onları başa düşməyən azərbaycanlı oxucular idisə, xarici oxucular da başa düşmədi?

Azərbaycan dövləti ədəbiyyata kifayət qədər yaxşı yanaşmırsa, Norveç də mi yanaşmadı?

Bəs niyə öz müəlliflərimizin adını mükafat alanlar sırasında görə bilmirik? 

Yoxsa onları orada da sıxışdırırlar?

Əli Əkbər

Vaxtı ilə Seymur Baycan Azərbaycan dilindən başqa dil bilmədiyini, bilsə, Azərbaycanca yazmayacağını deyirdi. Görəsən, Seymur Baycanı 10 ildir ki, gürcü dilini öyrənməməyə, o dildə yazmamağa qoymayan səbəb nədir?

Günel Mövlud Azərbaycanda da, xaricdə də mütəmadi olaraq feminist olduğu üçün daha çox bu pozisiyadan əsərlər yazıb. Hətta dünyada viral olan bu cür bir ideologiyanın kölgəsindən də böyüyə bilmədi?

İdeologiyaya sığınan ən zəif yazıçılar belə məhz ideologiyanın səbəbinə uğur qazandığı halda, Günel Mövlud bunu da bacarmadı.

Əli Əkbər Azərbaycanda olan zaman “Artuş və Zaur” əsəri ilə demək olar ki, inqilab etmişdi. Amma xaricdə yaşamağa başlayanda onun da çox böyük əsərlərini görmək olmadı.

Seymur Baycan


Ümumiyyətlə, bu barədə xeyli nümunələr gətirmək olar. Həqiqət isə ortadadır. Demək, məsələ təkcə yaşadığın ölkə, ədəbi atmosferlə əlaqəli deyil. Məsələ, doğrudan da, böyük ola bilməməkdir. Əgər hər üç müəllif xaricə gedib bu cür qalacaqdılarsa, getməyə nə ehtiyac var idi?

Hansı ki bir zaman özləri Azərbaycanda oxucu yoxdur deyirdilər. Amma ölkə xaricinə çıxsalar belə, ortaya yaxşı bir əsər qoya bilmədilər. Nə Azərbaycan dilində, nə də, xarici dildə.

Azərbaycanda ölkədən getsə də, dünyaca məşhur yazıçılarımıza ən azı Maqsud və Rüstəm İbrahimbəyovları misal göstərmək olar.

Demək, gedəndən sonra böyümək də olurmuş. Necə deyərlər, bu şəxslər ölkəsindən böyük yazıçı ola bilmədilər.
Necə ki Qabriel Qarsiya Markes Kolumbiyadan böyük yazıçı oldu… amma bizim yazıçılar Azərbaycandan böyük ola bilmədi.

Oskar mükafatlı aktrisa rejissorluq edəcək “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Alim: "Yazıçılarımızın türk sözləri ilə mübarizəsi mənasızdır" - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see300

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see170

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see149

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see143

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see131

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see128

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri