Icma.az
close
up
RU
Onlar universitetə imtahansız qəbul olunur DİM müraciət yaydı

Onlar universitetə imtahansız qəbul olunur DİM müraciət yaydı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət İmtahan Mərkəzi beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə də beynəlxalq müsabiqə və yarışların qaliblərinə müraciət edib.

DİM-dən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli qərarına əsasən, müəyyən kateqoriyadan olan qaliblər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ əldə edirlər.

Məlumata əsasən, beynəlxalq fənn olimpiadalarında qızıl, gümüş və ya bürünc medal qazananlar, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadalarında ilk üç yeri tutanlar, həmçinin 15 yaşdan yuxarı iştirakçılar arasında təşkil olunan beynəlxalq yarış və müsabiqələrin laureatları bu hüquqdan yararlana bilərlər.

Qeyd olunub ki, beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri tam orta təhsili başa vurduqdan sonra növbəti 2 tədris ili ərzində, beynəlxalq müsabiqə və yarış qalibləri isə növbəti 5 tədris ili müddətində yalnız bir dəfə müsabiqədənkənar qəbul hüququndan istifadə edə bilərlər.

DİM bildirib ki, indiyədək sənədlərini təqdim etməyən şəxslər 13 may – 30 iyun 2026-cı il tarixlərində tələb olunan sənədlərin fotosurətlərini Mərkəzin Bakı şəhərində yerləşən inzibati binalarına və ya regional bölmələrinə təqdim etməlidirlər.

Tələb olunan sənədlərə “Abituriyent elektron ərizəsi”nin surəti, qalibiyyəti təsdiq edən sənədin fotosurəti, həmçinin yarış və ya olimpiadanın keçirildiyi ölkə, tarix və nəticələrin yer aldığı rəsmi sayt barədə məlumat daxildir.

"Bundan əlavə, beynəlxalq olimpiada və yarış qalibləri sənədlərin notarial qaydada təsdiqlənmiş Azərbaycan dilinə tərcüməsini də təqdim etməlidirlər.

Təqdim edilən məlumatların doğruluğu müvafiq beynəlxalq və xarici qurumların məlumat bazaları üzərindən yoxlanıla bilər.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər isə əlavə olaraq sağlamlıq və fiziki hazırlıq barədə arayış, tərcümeyi-hal və digər tələb olunan sənədləri də təqdim etməlidirlər", - deyə məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri