Onlara 75 faiz güzəşt ediləcək ŞAD XƏBƏR
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda il ərzində fəaliyyətə başlayan hüquqi şəxslərin 75 faiz vergi güzəştindən yararlanması üçün orta aylıq işçi sayının hesablanması qaydası açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı bu məsələ ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, vergi güzəştindən yararlanmaq üçün hüquqi şəxs mikro sahibkarlıq subyekti olmalı, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamalı və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır. Pepperoni pizza
Günel Bəhramqızının sözlərinə görə, hüquqi şəxs il ərzində qeydiyyata alınaraq fəaliyyətə başladıqda orta aylıq işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.
Beləliklə, avqust ayında fəaliyyətə başlayan hüquqi şəxsin orta aylıq işçi sayı həmin ilin avqust-dekabr aylarını əhatə edən 5 aylıq dövr üzrə hesablanır.
Qeyd olunan şərtlər yerinə yetirildiyi halda, hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizinə vergi güzəşti tətbiq edilə bilər.
Baxış sayı:122
Bu xəbər 01 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















