Icma.az
close
up
RU
Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir

Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər müəyyən şərtlərə cavab verdikləri halda mənfəət vergisində 75 faizlik güzəştdən yararlana bilərlər.

 "Yeni Sabah" xəbər verir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən edilmiş tələblərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi vergidən azad edilir.

Ümumiyyətlə, mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycanda rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Dominos pizza

Ümumi qaydada rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur. Lakin iqtisadiyyatın müəyyən sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviqi, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif azadolma və güzəştlər nəzərdə tutulub.

2026-cı ildə mənfəət vergisinin hesablanması zamanı güzəştlərin düzgün tətbiqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, yalnız müəssisənin mikro sahibkarlıq subyekti olması güzəştdən yararlanmaq üçün hər zaman kifayət etmir. Müəyyən hallarda işçilərin sayı, sosial sığorta üzrə borcun olub-olmaması və digər tələblər də nəzərə alınır.

Mənfəət ümumi qaydada gəlirlərdən həmin gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra müəyyən edilir.

Məsələn, müəssisənin 2026-cı il ərzində gəlirləri 500 min manat, gəlirdən çıxılan xərcləri isə 400 min manat olarsa, onun mənfəəti 100 min manat təşkil edir. Bu halda 20 faiz dərəcə ilə mənfəət vergisi 20 min manat olacaq.

Lakin müəssisə qanunvericilikdə nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdirsə, ödəniləcək verginin məbləği əhəmiyyətli dərəcədə azalır.

Məsələn, “AA” MMC 2026-cı ildə 80 min manat mənfəət əldə edib və mikro sahibkarlıq subyekti olmaqla güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.

Bu halda mənfəətin 75 faizi, yəni 60 min manatı güzəşt olunur. Vergiyə cəlb edilən mənfəət 20 min manat təşkil edir. Bunun 20 faizi hesablandıqda ödəniləcək mənfəət vergisi 4 min manat olur.

Güzəşt tətbiq edilmədiyi halda isə müəssisə 16 min manat mənfəət vergisi ödəməli idi. Beləliklə, güzəşt nəticəsində müəssisənin vergi öhdəliyi 12 min manat azalır.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri