Icma.az
close
up
RU
Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir

Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu gün rus mediası, xüsusilə də dövlətin nəzarətində olan təbliğat maşını Azərbaycana qarşı saxta ittihamlar irəli sürərək ölkəmizin tolerantlıq ənənələrini gözdən salmağa çalışır. Halbuki Solovyov da daxil olmaqla, bütün bu simasız təbliğatçıların niyyəti Rusiyada milli azlıqlara qarşı həyata keçirdikləri sistemli assimilyasiya siyasətini gizlətməkdən ibarətdir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Rusiyanın son vaxtlar yenidən ölkəmizə qarşı informasiya müharibəsi aparmasına, eyni zamanda bu məsələyə necə cavab verməli olduğumuz barədə danışarkən deyib.

Deputat Rusiyada milli azlıqların assimilyasiyaya uğradılması ilə bağlı statatistikanı açıqlayıb:

"Rusiya Federasiyasının rəsmi məlumatlarına görə, son illər ölkədə milli azlıqların ana dilini bilənlərin sayı sürətlə azalır. Əgər 1989-cu ildə Mordva dilini bilənlərin sayı 33 faiz idisə, indi cəmi 2 faiz təşkil edir. Mari dilini bilənlərin payı 26 faizdən 4 faizə, Udmurt dilini bilənlərin sayı 30 faizdən 6 faizə, Komi dilini bilənlərin sayı 56 faizdən 10 faizə enib. Rəsmi statistik göstəricilərə görə, 2002-ci ildə tatar dilini 5,3 milyon nəfər bilib. 2021-ci ildə bu göstərici 3,8 milyon nəfərə enib. Yəni 20 il ərzində 1,5 milyon nəfər assimilyasiya siyasəti nəticəsində öz ana dilindən məhrum edilib. 2002-ci ildən 2021-ci ilədək başqır dilini bilənlərin sayı 1,45 milyon nəfərdən 1,09 milyon nəfərə enib. 360 min nəfərlik azalma baş verib. 2002-ci ildən 2021-ci ilədək çuvaş dilini bilənlərin sayı 1,77 milyon nəfərdən 1,1 milyon nəfərə qədər azalıb. 700 min nəfər məxməri assimilyasiya siyasəti nəticəsində öz ana dilindən uzaq düşüb".

Parlamentari onu da qeyd edib ki, Rusiya yalnız öz sərhədləri çərçivəsində deyil, beynəlxalq müstəvidə də xalqların hüquqlarına qarşı çıxır:

"Qeyd edim ki, Rusiya yalnız öz sərhədləri çərçivəsində deyil, beynəlxalq müstəvidə də xalqların hüquqlarına qarşı çıxır. Belə ki, Moskva BMT Baş Assambleyasının qəbul etdiyi Yerli Xalqların Hüquqları Bəyannaməsini dəstəkləməyib. Səbəb təbii ki, aydındır. Moskva xalqların öz torpaqları və resursları üzərində hüququnu tanımaq istəmir. Rusiya həmçinin Beynəlxalq Əmək Təşkilatının 169 saylı Konvensiyasını da ratifikasiya etməyib. Çünki bu sənəd də yerli xalqların mülkiyyət və muxtariyyət hüquqlarını təsbit edir. Bir tərəfdə yüz illərdir mövcud olan milli dillərin və mədəniyyətlərin sıradan çıxarıldığı, dövlət səviyyəsində assimilyasiya siyasətinin aparıldığı Rusiya, digər tərəfdə isə milli azlıqların hüquqlarını qoruyan, onların mədəni irsini inkişaf etdirməyə şərait yaradan Azərbaycan dayanır. Bu müqayisə bütün həqiqəti açıq şəkildə göstərir. Əslində, rus mediasının səngimək bilməyən kampaniyaları da bir göstəricidir: Azərbaycan gücləndikcə, regionda nüfuzu artdıqca, müstəqil siyasətini qətiyyətlə həyata keçirdikcə, Rusiyadakı neoimperialist dairələr və onların təbliğatçıları bundan narahat olurlar. Onların qəzəbi və əsassız ittihamları isə Azərbaycanın gücünün və uğurlarının göstəricisidir".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri