Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları… KONKRET

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oqtay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

Bu barədə KONKRET.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Bəyanatda qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur:

“Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu əzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri