Icma.az
close
up
RU
Onlara tapşırıq verilib: Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər ŞƏRH

Onlara tapşırıq verilib: Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Birbaşa telefon danışığı iki tərəfli münasibətlərin yeni məcraya qədəm qoyduğunu göstərir. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. 

Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. 

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

Qeyd edək ki, bu, Birgə Bəyannamə imzalandıqdan sonra XİN rəhbərlərinin ilk telefon danışığıdır. Bundan öncəki danışıq isə 2022-ci ilə təsadüf etmişdi.


Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Vaşinqton görüşü Cənubi Qafqazın taleyində yeni bir mərhələnin başlanğıcını qoydu:

"Bundan sonra regionda formalaşacaq geopolitik, geoiqtisadi və geostrateji proseslərin hamısı yeni dövrün şərtlərinə uyğun şəkildə cərəyan edəcək. Bu baxımdan Azərbaycan və Ermənistan arasındakı münasibətlər də yeni mərhələyə doğru irəliləyir. Çünki Vaşinqton görüşündə 30 illik bir münaqişə mərhələsi başa çatdırılıb. İndi hər iki ölkə ortaq fəaliyyət vasitəsilə yeni sülh və sabitlik dövrünün arxitekturasını qurmaq niyyətindədir. Ona görə də Azərbaycan və Ermənistan siyasi idarələri arasında ikitərəfli təmasların intensivləşməsi tamamilə gözlənilən bir prosesdir. Vaşinqton görüşündə imzalanmış sənədlərin icrası üçün bu təmaslar olduqca vacibdir. Atılacaq addımlar və əldə olunmuş anlaşmaların həyata keçirilməsi ilə bağlı aparılacaq müzakirələr Cənubi Qafqazı yeni inkişaf mərhələsinə doğru apara bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş telefon danışığı mühüm əhəmiyyət daşıyır.

Birbaşa telefon danışığı iki tərəfli münasibətlərin yeni məcraya qədəm qoyduğunu göstərir. Görünür ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq niyyətindədirlər. Odur ki, bu telefon danışığı bu prosesin başlanğıcı kimi qiymətləndirilə bilər".


Analitik əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan arasında müzakirə olunmalı məsələlər kifayət qədər genişdir, mövcuddur:

"Xüsusilə də Vaşinqton görüşünün nəticələri bu mövzuların aktuallığını daha da artırıb. İndi hər iki ölkə daha intensiv təmaslar sayəsində qarşılıqlı maraqlar çərçivəsində həm siyasi-diplomatik münasibətlərin normallaşdırılması, həm də iqtisadi-ticari əlaqələrin qurulması, eyni zamanda iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində geniş müzakirələr aparmaq imkanı əldə edib. Bu səbəbdən böyük ehtimalla yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında əlaqələr daha da genişlənəcək. Nəticə etibarilə bütövlükdə Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidi təmin ediləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri