Icma.az
close
up
RU
Onlara xəbərdarlıq edildi: Ən çox rast gəlinən...

Onlara xəbərdarlıq edildi: Ən çox rast gəlinən...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağlı faktlar vətəndaşların narahatlığını artırır.
Minlərlə manatlıq əmlak alqı-satqısı zamanı hansı risklərə diqqət yetirilməlidir?

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Rəhim Xoyski vətəndaşların notariusdan müəyyən arayışlar əldə etməli olduğunu bildirib: 
“Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun qeydiyyatı üçün ilk olaraq, Dövlət Reyestrindən Çıxarış yoxlanmalıdır. Bu, əmlakın mülkiyyətçisinin kim olduğunu və əmlakın rəsmi qeydiyyatda olduğunu təsdiq edən əsas sənəddir.
İkinci, yüklülük barədə, yəni əmlakın üzərində həbs, qadağa, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmadığını göstərən arayış (Forma-1) alınmalıdır. Hazırda bu məlumatlar notariuslar tərəfindən elektron sistem vasitəsilə real vaxt rejimində yoxlanılır. Bina hələ çıxarışla təmin olunmayıbsa, MTK üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı, mənzil nikah dövründə alınıbsa, həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı mütləqdir”.
Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlakla bağlı təkrar satış ən geniş yayılan problemlərdəndir:
“Xüsusilə çıxarışı olmayan MTK binalarında eyni mənzilin bir neçə şəxsə satılması ən çox rast gəlinən saxtakarlıq hallarından biridir. Bundan başqa saxta sənədləri də qeyd etmək olar. Köhnə nümunəli və ya saxta möhürlərlə hazırlanmış "çıxarışlar", etibarnamələr hazırlanır, həmçinin üzərində məhkəmə qərarı və ya vergi borcu səbəbindən qadağa olan əmlakın gizli satılmasına cəhdlər edilir”.
Bəs sənədlərin həqiqiliyini necə yoxlamaq olar? Vətəndaşlar özlərini mümkün dələduzluq hallarından qorumaq üçün hansı addımları atmalıdırlar?
R.Xoyski burada faydalı ola biləcək portalların adını qeyd edib. Onun sözlərinə görə, sənədin həqiqiliyi yoxlamağın rəsmi üsullarından biri, "Elektron Hökumət" portalıdır (e-gov.az). Belə ki, "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yoxlanılması" xidməti vasitəsilə çıxarışın nömrəsini daxil edərək sənədin rəsmi olub-olmadığını görmək mümkündür:
“Əmlak Məsələləri Dövlət Xidmətinin portalında (e-emlak.az) əmlakın statusu və reyestr məlumatları ilə də tanış olmaq olar. Notarius vasitəsiylə alqı-satqı zamanı notarius "Azərbaycan Notariatı" informasiya sistemi vasitəsilə birbaşa Əmlakın Reyestri Xidmətinə sorğu göndərir və sənədin həqiqiliyini anında təsdiqləyir”.
Hüquqşünas həmçinin elektron xidmətlərin saxtakarlıq riskini minimuma endirdiyini vurğulayıb.
“Əvvəllər kağız sənədlər üzərində aparılan əməliyyatlar günlərlə çəkirdisə, indi elektron sistem vasitəsiylə əmlakın üzərindəki qadağa saniyələr ərzində görünür. Notarius, ASAN Xidmət və Reyestr İdarəsi vahid şəbəkədə birləşdiyi üçün saxta kağız sənədlə mənzil satmaq artıq praktiki olaraq qeyri-mümkündür. 2019-cu ildən tətbiq edilən elektron çıxarışlar itmə, sıradan çıxma və saxtalaşdırılma riskini tamamilə aradan qaldırıb, çünki sənəd yalnız sistemdə (bazada) mövcud olan elektron qeydlə hüquqi qüvvəyə malikdir”, - deyə o əlavə edib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri