Ən çox rast gəlinən psixi pozuntular hansıdır?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az "TASS"-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim Mariya Solovyova bildirib.
Onun sözlərinə görə, müasir dövrdə ən çox rast gəlinən psixi pozuntular arasında əhval-ruhiyyə pozuntuları və nevrotik pozuntular xüsusi yer tutur. O, depressiya və təşviş hallarının geniş yayılmasını psixoemosional gərginliyin artması, xroniki stress, o cümlədən informasiya yükü və bir sıra sosial amillərlə əlaqələndirib.
Mütəxəssis qeyd edib ki, psixi pozuntuların səbəbləri və klinik əlamətləri fərqli olsa da, onların yaranmasında bioloji, sosial və psixoloji amillərin qarşılıqlı təsiri mühüm rol oynayır.
Bu yanaşmaya görə, insanın bioloji xüsusiyyətləri, yaşadığı sosial mühit və fərdi psixoloji vəziyyəti müxtəlif formalarda bir-birinə təsir göstərə bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















