Onlarda 7 manat, bizdə isə 20 qəpik FOTO
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində keşnişin qiyməti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı həmin ölkədə yaşayan jurnalist Dərya Nur Cəfərova paylaşıb. Onun sözlərinə görə, qablaşdırılmış formada satılan 1 dəstə keşnişin qiyməti Azərbaycan pul vahidi ilə 7 manat 10 qəpik təşkil edir. Jurnalist qeyd edib ki, bu məhsulu 7 manatdan ucuz tapmaq demək olar ki, mümkün deyil.
Maraqlıdır ki, şərhlərdə fərqli qiymətlər də səsləndirilib. Bəzi istifadəçilər bildiriblər ki, Ankara şəhərində keşnişin 1 dəstəsi təxminən 60 qəpiyə, kilosu isə 5 manata təklif olunur.
Qiymətlər arasındakı fərq Azərbaycanla müqayisədə daha qabarıq görünür. Belə ki, Azərbaycanda 1 dəstə keşnişin qiyməti cəmi 20 qəpik təşkil edir. Bu isə İstanbul ilə müqayisədə dəfələrlə ucuz deməkdir.

Baxış sayı:167
Bu xəbər 19 Mart 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















