Icma.az
close
up
RU
Onlarda Joze, bizdə isə Berti... KÖŞƏ

Onlarda Joze, bizdə isə Berti... KÖŞƏ

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə və Azərbaycan futbolu arasında zaman-zaman paralellər aparıb, xeyli oxşar cəhətlər tapmışıq. Düzdü, qardaş Türkiyədə istedadlı futbolçuların sayı bizdəkindən xeyli çoxdu.
Elə bu səbəbdən də “ay-ulduzlular” böyük turnirlərdə bizdən daha yaxşı nəticələr göstərir, final mərhələsində tarix yazırlar. Bunun da çeşidli səbəbləri var. Ən əsası da odu ki, Türkiyədə infrastruktur Azərbaycandakından yaxşı qurulub, uşaqların məşq etməsi, futbolçu kimi yetişməsi, istedadların üzə çıxması üçün hər bir şərait var. Üstəlik “qürbətçi türklər” prosesin önündə gedir. Məhz onlar Avropanın qərbində yaxşı futbolçu kimi yetişir, milli komanda seçərkən tarixi vətənlərinə üstünlük verir. Belədə Türkiyə millisi də avtomatik güclənir. Bizdə isə yararsız və Azərbaycana heç bir bağlılığı olmayan əcnəbiləri “milliləşdirirlər”, nəticədə ortaya biabırçı mənzərə çıxır.
Ümumilikdə ortaq və fərqli nöqtələrdən çox danışmaq olar. Amma bir məqam dəqiqdi ki, hər iki ölkənin futbolu təxminən eyni cür idarə olunur və Türkiyədə də Azərbaycandakı kimi hakimliklə bağlı ciddi problemlər yaşanır. Özü də söhbət təsadüfi hakim səhvlərindən yox, konkret aşağı səviyyəli idarəçilikdən və tərəfkeşlikdən gedir. Türkiyə futbolu da Azərbaycandakı kimi bundan çox əziyyət çəkir. Ən əsas oxşar məqam isə əcnəbi mütəxəssislərə olan sevgidi. Türklər də azərbaycanlı futbol idarəçiləri kimi əcnəbi məşqçilərə böyük məhəbbət bəsləyir, gəlmələrə etimad göstərir. Yerlilər isə daim təzyiq altında fəaliyyət göstərir, ən xırda uğursuzluq halında vəzifələrini itirirlər, onlara inam yoxa çıxır.
Bundan yararlananlar Avropada özünə yağlı iş yeri tapa bilməyən, keçmişdə qalan uğurlarının kölgəsində günlərini keçirinlərdi. Joze Mourinyo da belələrindəndi. Son illərdə heç bir klubda uzun müddət duruş gətirə bilməyib və ayrıldığı hər klubdan qovulduğuna görə kompensasiya alıb. Buna baxmayaraq, onu Türkiyəyə bəh-bəhlə gətiriblər, “Fənərbaxça”nı ona tapşırıblar. Nəticələri ötən il yerli İsmayıl Kartalın çalışdırdığı “sarı bülbüllər”dən heç də yaxşı olmasa da, Jozenin Türkiyədəki hörməti bundan zərər görmür. Klub rəhbərliyi hər imkandaca Mourinyoya dəstəyini nümayiş etdirir. O da bu nəvazişdən xoşhal olur, getdikcə ərköyünləşir.
Mourinyo “Qalatasaray”a uduzduqları oyundan sonra mətbuat konfransına qatılmamışdı. Bəhanəsi də o olmuşdu ki, Okan Burukun sorğu-sualı uzun çəkdi, mən çox gözlətdilər. “Mançester Yunayted”lə Avropa Liqasının oyunundan əvvəl isə həmkarlarımız ondan meydana hansı taktika ilə çıxacağını soruşmuşdular. Cavabında Joze türk jurnalistləri ələ salmaqdan utanmamışdı. Sitat: “Bu ölkədə futbol uzmanı çoxdu, onlardan soruşub, qərarımı verəcəyəm”. “Traboznspor”la səfər oyunundan sonra yaşananlar isə Türkiyənin futbol ictimaiyyətini çox hiddətləndirdi. Portuqaliyalı mütəxəssisin “Türkiyə çempionatını Avropada heç kim izləmir. Bilsəydim, bura gəlməzdim, məni başa salan olmayıb. Londonda təkcə mənim oğlum bugünkü oyuna baxıb. “İnstaqram” səhifəmdə epizodları qoyacam, azı 5 milyon nəfər buna baxacaq” deməsi Türkiyə futbolunu, eləcə də nəhəng İstanbul şəhərini təhqir etmək cəhdi idi. 
Onun bu cür açıqlamalarından sonra yadıma almaniyalı Berti Foqts düşdü. Bir vaxtlar o da “Azərbaycanda futbolçular “butsı”nın nə olduğunu bilmirdi, mən göstərdim. Burdakılar əsasən güləş və şahmatla maraqlanır, futbolu sevmirlər” deyirdi. AFFA onunla müqaviləni uzatmaq istəməyəndə isə “burda gördüklərimi Almaniyada danışacam, hər kəs üçün maraqlı olacaq” deməklə AFFA-nın maxinasiyalarına işarə vurur, Rövnəq Abdullayevlə Elxan Məmmədovu şantaj edirdi. Onlar da qorxuya düşür, tez-tələsik qoca Foqtsun müqavilə müddətini uzadırdılar. Heç təsadüfi deyil ki, Foqts Azərbaycandan ayrılandan sonra heç kim ona ehtiyac duymadı, alman işsiz qaldı.
Amma bizimkilər Foqtsu əzizləyir, əllərinin üstündə gəzdirir, onun istehza dolu açıqlamalarına dözürdülər. Eyni proses indi Türkiyədə yaşanır. Biz Foqtsun nazına dözürdük, türklər də Mourinyonu əzizləyirlər. Nə deyək, Allah səbr verməsin!
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri