Icma.az
close
up
RU
Onlarda və bizdə tələbə olmaq: MÜQAYİSƏ

Onlarda və bizdə tələbə olmaq: MÜQAYİSƏ

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbənin xərcləri yalnız təhsil haqqı ilə məhdudlaşmır, nəqliyyat, qidalanma, geyim, kitab və digər gündəlik ehtiyaclar da gənclərin büdcəsinə ciddi təsir göstərir.

Bu səbəbdən bir sıra ölkələrdə tələbələrin yalnız təhsil haqqının deyil, gündəlik yaşayış xərclərinin də azaldılmasına yönələn müxtəlif güzəşt və dəstək mexanizmləri tətbiq olunur.

Bəzi ölkələrdə fəaliyyət göstərən bir çox universitetlər tələbələr üçün xüsusi endirimli yemək kartları, sosial paketlər və subsidiya proqramları da tətbiq edir.
Azərbaycanda da tələbələr üçün müxtəlif güzəştlər mövcuddur, lakin onların əhatə dairəsi və tətbiq forması reytinqli universitetlər üzrə fərqlənir.

Azərbaycanda tələbələr üçün tətbiq olunan əsas güzəştlərdən biri “TələbəPlus” kartıdır. Kart tələbələrə ödənişsiz təqdim olunur. Məhz “TələbəPlus” kartı tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları da təqdim edir.

Belə ki, “TələbəPlus” layihəsinə 500-dən çox yerli və xarici tərəfdaş (partnyor) qoşulub. Layihənin genişlənməsi ilə əlaqədar olaraq son rəsmi açıqlamalarda bu rəqəmin artıq 600 partnyora çatdığı bildirilir.

Qeyd edək ki, “TələbəPlus” kartı ilə restoran və kafelərdə, geyim, kitab və dəftərxana mağazalarında, ərzaq mağazalarında, tibb müəssisələrində, idman və sağlamlıq xidmətlərində, elektrotexnika mağazalarında, gözəllik salonlarında, ev əşyaları mağazalarında, təlim mərkəzlərində, muzey və kinoteatrlarda müxtəlif güzəştlərdən istifadə etmək mümkündür.

Mədəniyyət sahəsində də tələbələr üçün xüsusi qiymətlər tətbiq edilir. Məsələn, Azərbaycan Milli İncəsənət Muzeyində tələbə bileti adi giriş qiymətindən daha aşağıdır və 3 və ya 5 manat təşkil edir. Tibb və sağlamlıq xidmətləri də “TələbəPlus” sistemində güzəşt tətbiq olunan sahələr sırasındadır. Yəni tələbələr kartdan yalnız yemək və alış-veriş zamanı deyil, müəyyən tibbi və sağlamlıq xidmətlərindən istifadə edərkən də yararlana bilirlər.

Bundan başqa, tələbələr kitab, dəftərxana ləvazimatları və bəzi təlim xidmətləri üzrə tərəfdaş müəssisələrin təqdim etdiyi endirimlərdən istifadə edə bilirlər. Bu güzəştlər gündəlik təhsil xərclərinin bir hissəsinin azaldılmasına xidmət edir.

Azərbaycanda sosial vəziyyətindən asılı olaraq bəzi tələbələrin təhsil haqqı da dövlət tərəfindən tam ödənilir. Bu kateqoriyaya şəhid ailələrinin üzvləri, müəyyən əlillik statusu olan şəxslər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum şəxslər və qanunvericilikdə müəyyən edilən digər kateqoriyalar daxildir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrində isə tələbələr üçün əlavə güzəştlər tətbiq olunur. Məsələn, Bakı Ali Neft Məktəbinin yeməkxanasında tələbələr üçün endirimli qiymətlərlə bir sıra yeməklər təqdim edilir.  Burada şorba və salatlar 1,50 manat, ana yeməklər 1,50 manat, armudu çay stəkanı 0,20 manat, çaynik 1 manat, kişmişli keks 0,50 manat, türk paxlavası isə 0,80 manatdır. Digər yeməklər də tələbələr üçün güzəştli qiymətlərlə təqdim olunur.

*Fransada tələbələr üçün yaradılan imkanlar isə yalnız təhsillə məhdudlaşmır.

Nəqliyyat, velosiped, qidalanma, mənzil və səhiyyə xərclərinin azaldılması üçün müxtəlif güzəştlər tətbiq olunur. Məsələn, Fransanın Tuluza şəhərində tələbələr ayda təxminən 16 avro ödəməklə şəhərdaxili ictimai nəqliyyatdan istifadə edə bilirlər. Məhz aylıq gediş haqqı üçün abonementə (paket) avtobus, metro, tramvay və şəhərdaxili qatarlar daxildir. Həmçinin şəhərin kənarındakı dağa qalxan kanat yolundan da istifadə etmək mümkündür.

Tələbələr üçün şəhərlərarası səfərlərdə də güzəştlər mövcuddur. Belə ki, Fransada həm tələbə bileti, həm də çoxfunksiyalı tələbə kartları mövcuddur. Tələbə bileti və tələbə kartı ilə bəzi şəhərlərarası qatar səfərlərindən 1 avroya istifadə etmək mümkün olur. Velosiped istifadəsi də güzəştlə təşkil edilir. Tələbələr ayda 4 avro ödəməklə şəhərin müxtəlif yerlərində yerləşən velosipedlərdən bir ay ərzində istifadə edə bilirlər.

Qidalanma sahəsində isə daha ciddi güzəştlər tətbiq olunur. Ali təhsil müəssisələri restoranlarda tələbələr üçün nahar və axşam yeməyinin qiyməti 1 avroya qədər aşağı salına bilər. Bu qiymətə yalnız qəlyanaltı deyil, salat, əsas yemək və desertdən ibarət menyu daxildir. 4 may 2026-cı ildən etibarən Fransada Crous (University Residences) universitetin yeməkxanasında 1 avroluq yemək bütün tələbələr üçün əlçatan olub. Bundan əvvəl bu qiymət yalnız təqaüd alan və ya maddi çətinlik yaşayan tələbələr üçün nəzərdə tutulub. 

Bir tələbə hər xidmət zamanı bir ədəd 1 avroluq yemək ala bilər. Menyu əsas yemək və iki əlavə komponentdən ibarət ola bilər. Bununla belə, bu imkanlardan istifadə zamanı müəyyən çətinliklər də yaranır. Məsələn, universitetin yeməkxanasında uzun növbələr yarana və gözləmə müddəti 40 dəqiqəyə qədər çata bilər. Buna baxmayaraq, yeməyin qiyməti və menyunun tərkibi tələbələr üçün ciddi üstünlük hesab olunur.

Fransada tələbələr üçün mənzil və səhiyyə yardımları da mövcuddur. Tələbənin vəziyyətindən asılı olaraq yaşayış xərcləri üçün yardım, sosial meyarlara əsaslanan təqaüd, birdəfəlik maliyyə yardımı və bəzi hallarda əlavə tibbi sığortanın maliyyələşdirilməsinə dəstək göstərilir. Universitetə başqa regiondan qəbul olunan müəyyən tələbələr üçün 500 avro mobillik yardımı, bakalavrdan sonra başqa regionda magistraturaya başlayan uyğun tələbələr üçün isə 1000 avro yardım nəzərdə tutulur.

*Eyni zamanda Kanadada tələbələrə dövlət dəstəyi yalnız təhsil haqqının ödənilməsi ilə məhdudlaşmır.

Ölkədə tələbələrin həm təhsil, həm də yaşayış xərclərini azaltmaq üçün qrant, faizsiz tələbə krediti və vergi güzəştlərindən ibarət sistem mövcuddur. 2026–2027-ci tədris ili üçün maddi ehtiyacı olan tam zamanlı tələbələr ildə 4 200 Kanada dollarına qədər federal tələbə qrantı ala bilirlər.

Bu vəsait geri qaytarılmır. Qrantın məbləği tələbənin ailəsinin gəlirindən və ailə üzvlərinin sayından asılıdır. Məsələn, bir nəfərlik ailədə illik gəlir 38 474 Kanada dollarından aşağıdırsa, tələbə maksimum qrant üçün gəlir meyarına uyğun hesab olunur.

Himayəsində uşaq olan tələbələr üçün də əlavə maliyyə yardımı nəzərdə tutulub. 2026–2027-ci tədris ilinin sonuna qədər uyğun tələbə himayəsində olan hər bir şəxs üçün ayda 280 Kanada dollarına qədər, yəni ildə 2 240 Kanada dollarına qədər əlavə qrant ala bilər. Kanadada dövlət tərəfindən təqdim olunan tələbə kreditləri də fərqlənir. Bu kreditlər təhsil müddətində faizsizdir və tələbə təhsilini başa vurduqdan sonra geri ödənişə başlayır.

Kredit yalnız təhsil haqqının deyil, yaşayış və digər təhsil xərclərinin qarşılanmasına da yönəlib.

*Çexiyada tələbələr üçün universitet yeməkxanalarında güzəştli yemək sistemi tətbiq olunur.

Məsələn, Karlova Universitetində tələbənin isti yeməyinə 20,50 Çex kronu, yəni təxminən 1,7 manat subsidiya tətbiq edilir.  Tələbənin gündə iki isti yemək üçün subsidiya almaq hüququ var. Bundan əlavə, universitet sosial vəziyyəti uyğun olan tələbələr üçün bir yeməyə əlavə 10 kron, yəni təxminən 0,8 manat subsidiya verir. 

Beləliklə, iki subsidiya birlikdə 30,50 krona və ya təxminən 2,5 manata çatır. Lakin Çexiyada 2026-cı ildən tələbə yeməklərinin subsidiyalaşdırılması mexanizmində dəyişiklik edilib və bəzi universitetlərdə yemək qiymətləri artıb. Məsələn, Çex Texniki Universitetində bir yeməyə tətbiq olunan tələbə subsidiyası 20,50 kron, yəni təxminən 1,7 manat müəyyən edilib.

*Polşada da universitet yeməkxanalarında tələbələr üçün daha münasib qiymətli menyular təqdim olunur.

Məsələn, Varşava Universitetində 2026–2027-ci tədris ili üçün tələbələrə şorba, əsas yemək və kompotdan ibarət nahar dəstinin qiyməti 17 Polşa zlotısı, yəni təxminən 8 manatdır.Müqayisə üçün, eyni nahar dəstinin qiyməti doktorantlar üçün 18 zlotı, təxminən 8,5 manat, universitet əməkdaşları üçün isə 20 zlotı, təxminən 9,4 manat təşkil edir.

*Belçikada tələbələrin nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən güzəştlər mövcuddur.

Məsələn, Brüsseldə 18–24 yaş arası tələbələr ildə cəmi 12 avro ödəməklə şəhərin STIB-MIVB ictimai nəqliyyat şəbəkəsində avtobus, tramvay və metrodan limitsiz istifadə edə bilirlər.

Bu güzəşt yalnız tələbələrə deyil, Brüsseldə rəsmi qeydiyyatda olan 18–24 yaşlı bütün gənclərə şamil edilir. Brüsseldə yaşayan bu yaş qrupundakı tələbələrdən ayrıca məktəb arayışı tələb olunmur. Şəhərdə qeydiyyatda olmayan, lakin 18–24 yaş arasında olan tələbələr isə təhsil haqqında arayış təqdim etməklə eyni 12 avroluq illik abonementdən yararlana bilirlər.

Daha geniş ərazi üzrə hərəkət etmək istəyən tələbələr üçün Brupass məktəb abonementi də mövcuddur. Bu abonementlə STIB-MIVB ilə yanaşı, Brüssel ərazisində SNCB-NMBS, De Lijn və TEC şəbəkələrindən də limitsiz istifadə etmək mümkündür. 2026-cı ildə bu abonementin illik qiyməti 57 avrodur.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: tələbə təhsil

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri