Icma.az
close
up
RU
Onların ailə həyatına kənardan kamera qoyulsaydı, görərdik ki... Vəfa Rəşidova

Onların ailə həyatına kənardan kamera qoyulsaydı, görərdik ki... Vəfa Rəşidova

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son aylarda Azərbaycanda yeniyetmələrin qətl törətməsi barədə tez-tez məlumat eşidirik. Son olaraq Goranboyda 15 yaşlı oğlanın ana və nənəsini öldürməsini qeyd edə bilərik. 

Valideynlər şiddətə meyilli olmayan bir uşaq yetişdirmək üçün hansı hallara diqqət etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova bildirdi ki, müasir dövrdə, artıq "tərbiyə üsulu" və ya "tərbiyə növü" deyilən anlayış demək olar ki, qalmayıb:

"Valideynlər tərbiyəni nə elmi əsaslarla, nə də ardıcıl bir sistem üzərindən verir. Əksinə, hər kəs "Instagram", "YouTube", qonşuların, qohumların, "xalasıqızı", "xalasıoğlu" kimi insanların dedikləri ilə uşaq böyütməyə çalışır. Bu da nəticədə xaosa gətirib çıxarır. Əgər tərbiyənin vahid bir sistemi, düzgün qəbul olunmuş bir modeli olsa və valideynlər də bu modeli əsas tutaraq övladlarını tərbiyə etsələr, nə bu qədər aqressiya, nə də vəhşiliklərlə nəticələnən hadisələr baş verər. Amma bu gün hər kəs deyir: "Mən belə tərbiyə verirəm, sən də belə elə". Valideynlər də bir-birinə baxaraq öz yollarını fərqinə varmadan dəyişirlər. Amma heç kim düşünmür ki, hər uşağın fərqli xarakteri, psixoloji xüsusiyyətləri var".

Psixoloq qeyd etdi ki, tərbiyə dediyimiz proses fərdi yanaşma tələb edir:

"Valideyn bir gün qonşunun üsulunu tətbiq edir, sabah xalası qızının, birisi gün isə sosial mediada gördüyü metodla davranır. Uşaq da bu dəyişkən davranışlar içində psixoloji cəhətdən pozulur. Uşaq başa düşə bilmir: "Valideynim mənə niyə bir gün belə, digər gün başqa cür yanaşır?" Bu da nəticədə uşaqda şəxsiyyət böhranına, xaraktersizliyə gətirib çıxarır".

Müsahibimizin sözlərinə görə, valideynin özünün tərbiyə prinsipi, mövqeyi yoxdursa, uşağın da şəxsiyyətinin formalaşması mümkün deyil.

"Bu xaraktersizlik, bu qeyri-müəyyənlik uşağı yanlış dost çevrəsinə, lazımsız məkanlara, mənasız zaman keçirilmələrinə sürükləyir. Nəticədə, həmin münasibətlər və yaşantılar çox zaman cinayətə, zorakılığa qədər gedib çıxır. Bəzən ekranlara çıxan, nənəsini, anasını öldürən gənclərlə bağlı içimizdə şok, qorxu yaranır. Amma əgər onların ailə həyatına əvvəldən kənardan kamera qoyulsaydı, çox güman ki, görərdik ki, o evdə hər şey uşağın istədiyi kimi olub. Valideyn ya həddən artıq icazə verib, ya da problem olduqda onu söyüşlə, təhqirlə tərbiyə etməyə çalışıb. Evdə hörmət və sərhəd anlayışı itib. Ana övladı təhqir edir, övlad ananı. Nənə bir tərəf tutur, digər tərəf aqressiyaya keçir. Belə bir atmosferdə isə cinayətin baş verməsi sadəcə bir anlıq məsələdir", - deyə Vəfa Rəşidova vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri