Icma.az
close
up
RU
“Müəllimin yanlış münasibəti uşağı uğursuzluğa sürükləyə bilər” Vəfa Rəşidova

“Müəllimin yanlış münasibəti uşağı uğursuzluğa sürükləyə bilər” Vəfa Rəşidova

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Məktəblərin açılmasına sayılı günlər qalıb. Yay tətilindən sonra bəzi şagirdlər yenidən məktəb rejiminə və dərs prosesinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu isə bəzən valideynlərlə uşaqlar arasında mübahisələrə və gərginliyə səbəb olur. Nəticədə uşaqlarda dərsə maraq azalır, hətta məktəbə və oxumağa qarşı istəksizlik yarana bilir.

Bəs bu proses necə tənzimlənməlidir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Vəfa Rəşidova bildirdi ki, ilk 3 gün və bir həftə ərzində adaptasiya problemi yaşayan uşaqlarda müəyyən çətinliklərin olması normaldır. Onun sözlərinə görə, elə uşaqlar var ki, heç bir adaptasiya problemi yaşamadan istənilən mühitə tez uyğunlaşırlar:

"Amma təəssüf ki, son zamanlar uşaqlarda tez adaptasiya olmaq bacarığının azaldığını müşahidə edirik. Hətta böyüklərdə belə yeni mühitə tez uyğunlaşma halları əvvəlki qədər çox deyil. Adaptasiya problemi yaşayan uşaqların 3-7 gün ərzində müəyyən çətinliklər keçirməsi normal hesab oluna bilər. Bu məsələyə valideynlər düzgün yanaşmalıdırlar. Həmçinin uşağın dərs oxumaması o demək deyil ki, o, savadsızdır və ya oxumaq istəmir. Valideynlər anlamalıdırlar ki, uşaq məktəbdə müəyyən problemlə üzləşə bilər. Bu səbəblərdən uşaq dərs oxumaqdan imtina edə bilər. Məsələn, məktəbdə müəllimlə münasibətlərin düzgün qurulmaması və ya müəllimin uşağa qarşı düzgün olmayan münasibəti, eyni zamanda, uşağın zəif qiymət alması və bunu uğursuzluq kimi qəbul etməsi belə hallara səbəb ola bilər. Şagirdlər arasında münaqişələrin yaşanması, dostları ilə problemlərin olması və ya bullinqə məruz qalması da uşağın məktəbə və dərslərə münasibətinə təsir edə bilər".

Psixoloq nəzərə çatdırdı ki, belə hallarda uşaqda aqressiya da ortaya çıxa bilər:

"Təəssüf ki, uşaq çox vaxt gəlib yaşadığı problemi ailəsi ilə bölüşmür. Buna görə də valideyn evdə elə bir mühit yaratmalıdır ki, uşaq özünü güvənli və rahat hiss etsin, yaşadığı problemləri ailəsi ilə çəkinmədən bölüşə bilsin və bunları özünə kompleks etməsin. Uşaqların dərsdən və ümumiyyətlə, çalışmaqdan uzaqlaşmasının, məktəbə getmək və ya dərslərini yerinə yetirmək istəməməsinin səbəbləri çox vaxt məhz bunlarla bağlı olur. Bu səbəbləri müəyyən etdikdən sonra hər bir valideynə tövsiyə edərdim ki, uşaqlara daha nəvazişli, anlayışlı və empatiya hissi ilə yanaşsınlar. İnanın ki, bu cür yanaşma bir çox problemlərin qarşısını ala bilər. Əgər valideynlər bunu bacarmaqda çətinlik çəkirlərsə, onları da anlamaq lazımdır. Bəzən valideynlər səbirsiz və yorğun ola bilirlər və bu səbəbdən uşaqla lazımi empatiya qura bilmirlər. Belə hallarda peşəkar və təcrübəli psixoloqla bu məsələləri müzakirə etmək olar. Əlavə olaraq, uşağı görməzdən gəlmək, ailə daxilində digər uşaqlarla müqayisə etmək də doğru deyil. Çünki uşağı müqayisə etmək onun daha yaxşı övlad olacağına və ya daha yaxşı oxuyacağına səbəb olmayacaq".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri