Icma.az
close
up
RU
Valideyn uşaqla dərdləşməməlidir Vəfa Rəşidova

Valideyn uşaqla dərdləşməməlidir Vəfa Rəşidova

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda ümumi təhsil müəssisələrində payız tətili davam edir. Tətil dövrü uşaqlar üçün istirahət və əyləncə vaxtı olsa da, tətil bitdikdən sonra xüsusilə ibtidai sinif şagirdlərinin məktəbə adaptasiyası bəzən çətinliklərlə müşayiət olunur. Uşaqlar uzun müddət evdə olurlar, gündəlik təhsil ritmindən uzaq qalırlar və yenidən dərs cədvəlinə uyğunlaşmaq onlar üçün bəzən stresli olur. 

Valideynlər uşaqların məktəbə qayıdış prosesini asanlaşdırmaq və dərsə həvəsli başlamağa kömək etmək üçün hansı üsullardan istifadə etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Vəfa Rəşidova bildirdi ki, valideynlər tətil vaxtında, ara-sıra söhbətlərdə, müzakirələrdə məktəbin hazırlanmasına və ya hazırlıq əsnasında uşaqlar üçün bir qələm, bir dəftər alınması onların tətildən sonra məktəbə adaptasiyasını asanlaşdırar:

"Məsələn, bu, bir motivasiyaedici üsuldur, texnikadır. Valideynlər bunu edərsə, təbii ki, uşaqlar dərsə həvəsli başlayacaqlar. Valideynlər özləri də söhbətlərində uşaqlarla diqqətli olmalıdırlar. "Ay Allah, yenə də dərs başlayır, yenə də get-gəl, yollar..." bu kimi mövzular uşaqların adaptasiyasında ciddi narahatçılıqlar və maneələr yarada bilər. Bəzən valideynlər özləri də bilmədən uşaqlarla dərdləşirlər. Ümumiyyətlə, uşaqla dərdləşmək doğru hal deyil. Valideynin uşağı ilə dərdləşməsi müəyyən problemlər və ya dərslərin, tətilin bitməsi ilə bağlı ola bilər. Təbii ki, hər bir insan tətilin bitməsini istəməz, çox uzunmüddətli tətil arzu edər. Amma bəzən qısa müddətli tətillər olduqda valideynlər də narahatlığını bildirir və uşaq bunu eşidir. Belə halda uşaq proqramlaşır və adaptasiyası çətinləşir. Buna görə valideynlər danışdığı hər cümlədə uşaqlarla diqqətli olmalı, onlarla gileylənməməli, küsməməli, dərdləşməməlidir. Narazı olduqları mövzularla bağlı müzakirəni başqa adamlarla aparmalıdırlar, uşaqlarla deyil. Çünki bu, uşaqların həyatında, təhsildə, məktəbə getməkdə, adaptasiyada ciddi zərbələr vura bilər və valideyn bunun səbəbini anlamaya bilər".

Onun sözlərinə görə, bəzən valideyn bunun qaynağını başa düşməyib axtarışa başlayır ki, niyə uşaq tətildən sonra dərsə adaptasiya ola bilmir, oxuya bilmir və ya diqqət yayındırması olur:

"Baxın, bu, valideyn üçün ciddi görünməyən, amma sadə detallardan qaynaqlanan məqamdır. Ona görə valideynlər uşaqları tətildən sonra adaptasiyası üçün motivasiyaedici sadə vasitələrlə həvəsləndirə bilər və onları dərsə daha həvəsli yola sala bilərlər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri