Icma.az
close
up
RU
Onların da Avropa İttifaqının yeni səfirindən gözləntisi var

Onların da Avropa İttifaqının yeni səfirindən gözləntisi var

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) yeni səfiri Mariyana Kuyunciç Azərbaycana gəlib.

Səfir Kuyunciç Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsinin (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin ondan əvvəlki rəhbəri Peter Mixalko olub. O, ötən ay bu ölkədəki dördillik diplomatik xidmətini başa vurub.
Gununsesi.info-ya açıqlamasında tanınmış vəkillər Elçin Sadıqov və Bəhruz Bayramov yeni səfir haqqında gözləntilərini açıqlayıb.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Avrop İttifaqının Azərbaycandakı səfirliyi ölkədə insan haqları və demokratiya məsələsinə hər zaman önəm verib:”Biz bunu Cənab Mikalkonun fəaliyyəti dövründə görmüşük. Ümid edirəm ki, yeni səfir də bu missiyanı davam etdirəcək”.

Elçin Sadıqovun sözlərinə görə, səfir Azərbaycan hökuməti ilə dialoqunda insan haqları məsələsini də ön planda saxlayacaq:”Baxmayaraq ki, bizim Aİ ilə münasibətlərimizdə əsasən enerji məsələləri ön yerdədir. Amma insan haqları da kənara qoyulmamalıdır”.

Digər vəkil Bəhruz Bayramov da hesab edir ki, Aİ -nin yeni səfiri də Azərbaycanda insan haqları mövzusunu gündəmində saxlayacaq:”Bu başqa məsələdir ki, Avropa İttifaqının çağırışları nə dərəcədə yerinə yetirilir. Amma bütövlükdə bu prosesi diqqətdə saxlamaq və ölkənin aidiyyatı şəxsləri ilə müzakirə etmək vacibdir. İnanıram ki, Aİ-nin yeni səfiri də bunu edəcək”.

Afət Abbasova
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri