Icma.az
close
up
RU
Onsuz da yalan olan iddialar İran prezidenti tərəfindən də təkzib edildi

Onsuz da yalan olan iddialar İran prezidenti tərəfindən də təkzib edildi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl bəyan etdi ki, ölkəsinin rəsmi orqanları İsrail ilə 12 günlük müharibə vaxtı qonşu dövlətlərin, həmçinin də Azərbaycanın İsraillə əməkdaşlığı ilə bağlı xəbərləri təsdiqləməyib. Onun sözlərinə görə, bəzi şayiələrin əksinə olaraq, İranın təhlükəsizlik qurumları tərəfindən həmin məlumatlar təsdiqini tapmayıb. Əksinə, bir sıra ölkələr İrana yardım etmək istəyiblər.

Göründüyü kimi, onsuz da yalan olan bu iddialar İran lideri tərəfindən də təkzib olundu.

Məlumdur ki, İsrail ilə İran arasında 12 gün davam edən hərbi qarşıdurma zamanı hədəf alınan ölkələrdən biri də Azərbaycan oldu. İranın daxilindəki bəzi qüvvələr, eyni zamanda, bu ölkənin mediası sanki fürsətdən istifadə edirlərmiş kimi Azərbaycan əleyhinə təbliğata başladılar. Guya Bakı İsrailə öz ərazisindən istifadə etməyə imkan verir. İsrailin İrana zərbələr endirdiyi zaman bölgə ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyi iddialarını irəli sürdülər. Baxmayaraq ki, rəsmi Bakı təkcə müharibə dönəmində yox, ondan əvvəl də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən heç bir dövlətə, o cümlədən İrana qarşı platforma kimi istifadə oluna bilməz. Üstəgəl, İran qonşu dövlətdir, dərin tarixi əlaqələrimiz var, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır. Belə olan halda, təbii ki, Azərbaycan İranda sabitliyin, əmin-amanlığın olmasında daha çox maraqlıdır. Hətta Azərbaycan hərbi qarşıdurma davam edərkən İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə iki dəfə müraciət edib.

Elə Azərbaycan İsrail-İran gərginliyi başlayanda ilk reaksiya verən ölkələrdən oldu. XİN 13 iyun tarixli bəyanatında başlanan hərbi əməliyyatlardan ciddi şəkildə narahatlığını ifadə edərək, vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pislədi, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırdı. Eyni zamanda, mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğuladı.

XİN daha sonra ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayaraq bütün tərəfləri dialoq və diplomatiyaya üstünlük verməyə çağırdı. Daha bir bəyanat isə İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlamaqla bağlı oldu. Qeyd edildi ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır: “Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”.
Qarşıdurmanın davam etdiyi günlərdə rəsmilər arasında telefon danışıqları da aparıldı.  

Nəzərə alsaq ki, iki ölkənin münasibətlərində xeyli müddət davam etmiş gərgin mərhələ artıq geridə qalıb, tərəflər öz münasibətlərində yeni bir səhifə açıb, bu mənada qeyd edilən tipli feyk məlumatların gündəmə gətirilməsi də əlbəttə ki, “yaxşılaşma” prosesinə mənfi təsir göstərir. Onu da vurğulayaq ki, İran Prezidenti Pezişkian seçkilərdən sonra ilk rəsmi səfərlərindən birini Azərbaycana etdi. Bakıda Azərbaycan və İran liderlərinin verdikləri dost mesajları tərəflərin əməkdaşlığı daha da inkişaf etdirmək, yeni əməkdaşlıq sahələrində əlaqələri genişləndirmək, bunun üçün mövcud potensialdan tam istifadə etmək niyyətlərini göstərdi.

Prezidentlər İlham Əliyev və Məsud Pezeşkian görüş zamanı dəfələrlə ikitərəfli münasibətlərin qardaşlıq xarakterini vurğulayaraq, bir-birinə “əziz qardaşım” deyə müraciət etdilər. Üstəlik, Pezeşkian ötən həftə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Azərbaycanın Xankəndi şəhərində keçirilən sammitində iştirak etmək üçün növbəti dəfə ölkəmizdə səfərdə oldu. Onun azad edilmiş ərazilərə səfəri Azərbaycanın ərazi bütövlüyünə dəstəyini, hörmətini bir nümayiş etdirdi.

İyulun 4-də Xankəndidə Azərbaycan və İran liderlərinin görüşü dostluq atmosferində keçdi. Dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.

Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını vurğulayıb.

Dövlət başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirib. Bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırıb, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə edib.

Prezident söyləyib ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

İran Prezidenti Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib. İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Azərbaycan və İran arasında yuxarıda qeyd etdiyimiz kimi, əməkdaşlıq üçün böyük potensial mövcuddur. Tərəflər hazırda bir sıra mühüm iqtisadi, nəqliyyat-logistik layihələr həyata keçirirlər. Hədəflər arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması da var. Ötən il ticarət dövriyyəsi 32 faizdən çox artıb. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylər davam etdirilir. Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb.

Həyata keçirilən layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsi, Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digərlərini vurğulamaq olar.

Əlaqələrdəki bu müsbət dinamikanın davam etməsi təbii ki, tərəflərin xeyrindədir. Amma zaman-zaman İran daxilindəki bəzi qüvvələrin yenidən hansısa dezinformasiyalara əl atıb, münasibətlərdə problem yaratmayacaqları da istisna deyil. Çünki İran daxilində müxtəlif siyasi qüvvələr var ki, onlar Azərbaycanın güclənməsini, inkişafını istəmirlər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, bu gün həm Azərbaycan dövləti, həm İran tərəfi əlaqələrimizin inkişafında maraqlıdır. Məsələnin mahiyyəti ondadır ki, İranda Azərbaycanla bağlı iki yanaşma var. Bir qrup münasibətlərin normallaşmasını, inkişafını istəyir, bu da İranın dövlət maraqlarına uyğundur və dövlət maraqları bunu tələb edir. Təəssüf ki, müəyyən bir qrup və kəsim var ki, onlar Azərbaycanın uğurlarını həzm  edə bilmirlər, ölkəmizin nailiyyətlərini heç cür qəbul edə bilmirlər. Ona görə də zaman-zaman həmin qüvvələrin ölkəmizə qarşı təxribat törətmələrinin şahidi oluruq. Hesab edirəm ki, İran Prezidentinin son açıqlaması da önəmlidir. Bir daha rəsmi şəkildə vurğulandı ki, İran tərəfindən səsləndirilən iddialar və ittihamlar əsassızdır.

Bu cür iddiaların və ittihamların gələcəkdə də səsləndirilə biləcəyinə gəlincə, bəli, zaman-zaman belə cəhdlər, təxribatlar olacaq. Biz də bu təxribatlara soyuqqanlı və təmkinlə cavab verməliyik. Yəni qarşıdurmaya getmədən, təxribatçıların yanaşmasına fikir vermədən, öz yanaşmamızı, mövqeyimizi ortaya qoymalı, diplomatik çərçivədə öz reaksiyamızı verməliyk”. 

Deputat Asim Mollazadə isə “525”ə deyib ki, Azərbaycanın istəyi bölgədə sabitlik, əməkdaşlıq mühitinin yaradılması, bütün region dövlətlərlə normal münasibətlər qurmaqdır. Əgər İran bu istiqamətdə hərəkət edəcəksə, bunun üçün Azərbaycan tərəfindən hansısa maneə yoxdur: “Sadəcə olaraq mənə elə gəlir ki, onlar öz tarixlərindən ibrət dərsi götürməlidirlər. Azərbaycanı bölgənin çox mühüm ölkəsi, hamıya lazım olan, hamı ilə əməkdaşlıq edən dövlət kimi qəbul etməlidirlər. Əks halda kənarda qalacaqlar”.

Pezeşkianın Azərbaycanla münasibətlərin inkişafında nə dərəcədə maraqlı olmasına gəlincə, deputat deyib ki, söhbət onların daxilində olan digər qüvvələrin fəaliyyətindən gedir: “Yəni Ermənistana qardaş deyən, “bir millət, iki dövlət” təfəkkürü ilə çalışan, bölgədə yenidən sabitliyi pozmaq istəyi olan bir çox qruplar var. Ona görə də gəlin proseslərin necə davam edəcəyini gözləyək. İran ideoloji totalitar ölkədir. Hər zaman onların bütün addımları, bütün siyasəti məhz ideologiyaları ilə bağlı olur. Biz bunu sovet ittifaqının siyasətində görmüşük. İranın siyasəti onların ideyası ilə bağlıdır. Azərbaycan isə İslam dünyasının tarixən birinci dünyəvi ölkəsini qurub, bizim dövlət dünyəvi dövlətdir və Azərbaycanın mövcudluğu məhz həmin o totalitar qüvvələrə qıcıq verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri