Icma.az
close
up
RU
Onu deyə bilərəm ki, klub dağılmır

Onu deyə bilərəm ki, klub dağılmır

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

"Şamaxı" Misli premyer-liqasının 16-cı turunda "Turan Tovuz"un meydanından məğlub ayrıldı - 2:3.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Üzücü məğlubiyyət oldu. Matçı iki hissəyə bölərdim. Birinci hissədə 3-4 qol vura bilərdik. İkinci yarıda rəqibin daha fəal çıxış edəcəyini bilirdik. Hündürboylu futbolçuları meydana buraxdılar. Belədə futbolçularım özünü itirdi. Standart vəziyyətlərdə yaxşı səviyyədə çıxış etmədik.
- İki futbolçuyla yolları ayırdız. Bu, nəylə bağlıdı?
- Bilirik ki, son günlərdə mətbuatda və sosial şəbəkələrdə belə məlumatlar yayılıb. Düzdü, bəzi problemlərlə üzləşmişik. Bu barədə yaxın günlərdə klub tərəfindən rəsmi məlumat veriləcək. Onu deyə bilərəm ki, klub dağılmır. Maddi problem iddia olunan qədər ciddi deyil.
- İkinci hissədə daha yaxşı çıxış edə bilməməyinizin səbəbi nədi?
- Bu gün komanda belə ciddi azarkeş təzyiqi altında ilk dəfə meydana çıxdı. Belə oyunlar keçirdikcə möhkəmlənəcəyik. Kuryoz qollar buraxırıq.
- Altı ay bundan əvvəl "Turan Tovuz"un sevimlisi idiz. Bu gün yenə Tovuzdasız. Hansı hissləri keçirirsiz?
- Tovuzda oynamaq həmişə çətin olur. Burda xeyli oyun keçirmişəm. Premyer-liqamıza belə komandalar lazımdı. Biz heç kimdən geri qalmırıq.
- "Turan Tovuz"a uduzmaq daha ağırdı, yoxsa "Kəpəz"ə?
- Məğlubiyyət məğlubiyyətdi. Bunun fərqi yoxdu. Rəqibin kimliyi önəmli deyil. Əsas odu xal qazanaq. Evdə uduzmaq daha üzücü idi.
- Razılaşaq ki, prinsipial oyun idi. Şamaxıda son dəqiqədə üç, burda isə bir xalı itirdiz. Komandada nə çatmır?
- Hər şeyi təcrübə həll edir. Belə oyunların son dəqiqələrində daha diqqətli olmaq vacibdi. Məncə, bu gün həm təcrübədə, həm də boy hündürlüyünə görə uduzduq.
- Futbolçular hansı səbəbdən komandadan ayrıldı? Sizin istəyinizlə, yoxsa özləri getdi?
- Klubun qərarıyla.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri