Icma.az
close
up
RU
“Matç barədə onu deyə bilərəm ki, “Sabah” oynayırdı, “Neftçi” baxırdı”

“Matç barədə onu deyə bilərəm ki, “Sabah” oynayırdı, “Neftçi” baxırdı”

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Matç barədə onu deyə bilərəm ki, “Sabah” oynayırdı, “Neftçi” baxırdı. Görsənən bu idi. Mən isə tam əksini gözləyirdim. Çünki “Neftçi”nin avrokuboklar üçün son şansı kubokdur. Buna görə də başqa cür oyun gözləyirdim. Düzdür, hələ heç nə bitməyib. Qarşıda cavab görüşü var. Amma dünənki oyunla “Neftçi”nin geridönüş edəcəyi inandırıcı deyil”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Adil Şükürov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilki oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” oyunu (1:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Hazırda “Sabah” da stabil çıxış etmir. Komanda bəzən yaxşı oynayır, ardıcıl nəticələr qazanır. Ancaq bəzən də görürsən ki, yenə eniş oldu. Məsələn, “Sumqayıt”la matçda heç kim “Sabah”ın heç-heçə edəcəyini gözləmirdi. Stabillik olmadığı üçün cavab qarşılaşması barədə kimin daha şanslı olduğunu demək olmur. Sadəcə “Sabah” dünənki oyuna “Neftçi”dən daha yaxşı hazırlaşmışdı. Hücumları daha kəsərli idi, rəqibin “beşli” müdafiə ilə oynamasına baxmayaraq təhlükə yarada bilirdi. Müdafiədə də etibarlı çıxış etdilər. “Sabah” xüsusən də Yuri Matis tərəfindən çox təhlükəli gəlirdi”.

Adil Şükürov hər iki komandanın heyət səviyyəsindən də söz açıb:

“Neftçi” beş müdafiəçi ilə oynayanda cinah futbolçularından istidəyini ala bilmir. Bu mövqedə olan Azər Salahlı ilə Ervin Koffi müdafiəsi yaxşı olan oyunçulardır. Onlar öz yerlərində yaxşı çıxış edir. Ancaq hücuma qoşulmaqda yetərsiz qalırlar. Məsələn, “Neftçi”də Kilian Lebon var idi. Çox yaxşı futbolçuydu. Statistik göstəriciləri zəif olsa da, hərəkətli və komanda üçün faydalı idi. Rahat oyunçu keçə bilirdi və rəqib üçün təhlükə yaradırdı. Belə futbolçuya qarşı oynamaq bütün komandalar üçün çətindi. Çünki sağ və ya sol ayaq fərqi yox idi. Rahatlıqla zərbə vururdu. Düzdür, Elvin Camalov gələndən sonra komanda bir az güclənib. Mərkəzdə onun gəlişi hiss olunur. Ancaq sən “beşli” oynayırsansa,  hücumçulardan biri gəlib top almalıdır. Hətta “10 nömrə” kimi çıxış etməlidir. “Neftçi”də isə bu səviyyədə hücumçu yoxdur.

“Sabah”da isə heyət pis deyil. Meydana girib-çıxan oyunçular aşağı-yuxarı eyni səviyyədədir. Hələlik tam olaraq keyfiyyətlərini ortaya qoya bilmirlər. Yəni ola bilər ki, baş məşqçinin tələbləri fərqlidi. Bəlkə də başqa cür yanaşsalar, cinah və mərkəz yarımmüdafiəçilərindən daha səmərəli yararlanmaq olar. Ancaq məşqçi tələbi və ya yanaşması fərqli olduğu üçün komanda potensialının aşağısında çıxış edir”. 

Həsən Quluzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 03 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri