Icma.az
close
up
RU
Onu “Ögey ana” filminə niyə çəkmədilər? Unudulmuş Xalq artisti haqqında

Onu “Ögey ana” filminə niyə çəkmədilər? Unudulmuş Xalq artisti haqqında

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün aktrisa, Xalq artisti Zəroş Həmzəyevanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart, 1925-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulub. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.

***

Atası Mirzə Bağır Əliyev 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən “Qanlı günlərimiz” kitabını yazıb.

Əsl adı Zərrintac olan Zəroş Həmzəyevanı uşaqlıqdan əzizləyib Zəroş deyə çağırdıqlarına görə elə bu adla da tanınıb.

***

Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyl göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.

***

İbrahim Həmzəyevlə səmimi məhəbbətləri isə o zaman Naxçıvan şəhərindəki pionerlər evində başlayıb. Həmin vaxt İbrahim Həmzəyev pionerlər evinin dram dərnəyinə rəhbərlik edib. Beləliklə, 15 yaşında məktəbli ikən teatra gedən yeniyetmə qız teatr tamaşalarında İbrahim Həmzəyevi sevir. Və bu sevgi 15 yaşlı Zəroşun qoşulub qaçmağı ilə nəticələnir. Hətta atası Mirzəbağır Əliyev bu əhvalatdan sonra dünyasını dəyişir.

Onlar birlikdə səhnədə sevgili rollarını həmişə xüsusi şövqlə oynayıblar. 18 yaşından peşəkar səhnədə olan Zəroş xanım Həmzəyeva 1982-ci ildə İbrahim Həmzəyev vəfat edəndən sonra bir daha səhnəyə çıxmayıb. Leylisi olduğu səhnədən ayrılmaq nə qədər çətin olsa da, İbrahim Həmzəyevsiz səhnəyə çıxmaq ondan da ağır gəlib. Hətta aktrisa nə vaxtsa onu təkidlə teatra dəvət edəcəklərindən çəkinərək köçüb ömrünün sonunadək Bakıda yaşayıb.

***

Naxçıvan Teatrının tarixində ən çox baş rollarda çıxış edən səhnə ustalarından olan aktrisanın ürəyəyatımlı rəqqasəlik bacarığı da olub.

Zəroş Həmzəyeva həm də əyalət teatrından Akademik Milli Dram Teatrına dəvət olunan ilk qadın aktrisadır. Lakin onun bu müvəffəqiyyətlərinə qısqanclıqla yanaşanlar da olub. Görkəmli sənətkar Adil İsgəndərov “Ögey ana” filmində ögey ana rolunu Zəroş xanıma həvalə etmək istəyib. Bunun üçün Moskvadan zəng edərək onu filmdə oynamağa dəvət edib, lakin getmək istəyəndə aktrisanı aldadıblar. Belə ki, Adil İsgəndərov ikinci dəfə ona zəng vurub bir aydan sonra dəvət edəcəyini deyib. Sonralar Adil müəllimlə görüşəndə aydın olub ki, bunlar qurma imiş.

***

Zəroş Həmzəyeva “Əhməd haradadır” filmində də Əhmədin anası rolunda oynamalı imiş. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş Həmzəyevanın) arxasınca Naxçıvana gəlsə də, əliboş qayıdıb, deyiblər ki, sən get, özümüz göndərərik. Amma göndərməyiblər.

Zəroş xanım “Ögey ana”sız da, “Əhməd”siz də Azərbaycan Respublikasının Xalq artisti adını alıb, 2000-ci ildə ən yüksək mükafata, “Şöhrət” ordeninə layiq görülüb.

***

2004-cü ildə Bakıda vəfat edən Xalq artisti Zəroş Həmzəyeva ikinci Fəxri Xiyabanda dəfn edilib. Bakıda yaşadığı evə barelyefi və xatirə lövhəsi vurulub. Naxçıvan şəhərində bir küçə Xalq artisti Zəroş Həmzəyevanın adını daşıyır.

Oğlu Nizami Həmzəyev deyir ki, teatrşünas Adilə İsmayılova 1960-cı ildə Zəroş xanım Həmzəyeva haqqında kitab yazır və evinə zəng edərək ondan məsləhət alır ki, başlığını “Azərbaycanın dahi sənətkarı Zəroş xanım Həmzəyeva”, ya “Görkəmli teatr xadimi” qoyaq? O isə belə cavab verir: “O adların ikisini də ləğv elə, ora yaz “Nehrəmli qız”, ona görə ki, Nehrəm kəndinin də aktrisası olub.” Bu adla onun haqqında sənədli film də çəkilib.

Bağ evi - Rüstəm İbrahimbəyovun hekayəsi “Ulduz”lu may "Kimya gündəliyi" təqdim olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri