Icma.az
close
up
RU
Ömrü qışa çevrilən Mömünat Əntiqə Kərimzadə yazır…

Ömrü qışa çevrilən Mömünat Əntiqə Kərimzadə yazır…

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bəzən insanların doğulduğu fəsil onların həyatına yansıyır, deyirlər. Bu nə qədər doğrudur, deyə bilmərəm. Amma  həyatı boran-qar olan insanların  ömür yolları heç də asan olmur. Ömrülərini ancaq fəda etmək üçün yaşayan insanlar da az deyil. Sənətini və özünü sevdiyinə  fəda  edən  insanlardan biri də  Mömünat Qurbanovadır. O, 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Çoxuşaqlı ailədə dünyaya gələn  Mömünat çox dəcəl uşaq olub.  Lakin buna baxmayaraq orta məktəbdə dərslərinə çox məsuliyyətli şagird olub.

Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.

Aktrisa olmağı qarşısına məqsəd qoyan Mömünat  ailə həyatının da məhz bu sənətlə birləşəcəyindən xəbərsiz idi.

“Yeddi oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqa yığıb saxlayır.

Tale özü Mömünatın yollarını  gələcək həyat yoldaşı Ənvər Həsənovla birləşdirir. 

Belə ki, 1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirir. Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova K.Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna təsdiq olunur.

Məhz bu film onların həyatında sözün əsl mənasında dönüş nöqtəsi olur. 

Gənc aktyorların  münasibətləri elə bu filmdə başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər bəy buna razı olmur.

Özü  bu sənətdə olsa da həyat yoldaşının aktrisa olmasını istəməyən Ənvər Həsənov Mömünat Qurbanovanı bu sənətdən uzaqlaşdırır.  Mömünat xanım isə artıq aktrisa olmayacağı ilə barışır.

Ancaq tale ona daha bir yolu açır.  Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir. 

Onlar mehriban bir ailə kimi ömürlərinin sonlarınadək  birlikdə yaşayırlar. Ancaq həmişə tale gözəl sürpriz hazırlamır.  Şad günü qəmə çevrilən aktrisanın həyatında burulğan baş verir.

Belə ki, Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər.. Mömunat dünyasını dəyişir.

Boranlı qış günündə dünyaya gələn aktrisa Mömünat Qurbanova ilə boranlı qış günündə də  bu dünyada əbədi gözlərini yumur…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 May 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri