Onun postunda qalmasını istədilər
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Real Madrid”in Çempionlar Liqasından kənarlaşması klub daxilində gərginliyi artırsa da, komandanın əsas aparıcı futbolçuları baş məşqçi Alvaro Arbeloaya tam dəstək nümayiş etdiriblər.
“Qafqazinfo” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin oyunçuları klub rəhbərliyi ilə görüşərək ispaniyalı mütəxəssisin və onun məşqçilər heyətinin vəzifədə qalmasını istədiklərini çatdırıblar.
Yanvarın 12-də Xabi Alonsonu əvəz edərək sükan arxasına keçən Arbeloa Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya hər iki oyunda məğlub olaraq (1:2, 3:4) turnirlə vidalaşsa da, soyunma otağında ona olan inam sarsılmayıb.
Qeyd olunub ki, hazırda La Liqada lider “Barselona”dan 9 xal geri qalan və mövsümü kuboksuz bitirmə təhlükəsi ilə üz-üzə qalan “Kral klubu”nda futbolçular məşqçinin oyun fəlsəfəsinin gələcəkdə uğur gətirəcəyinə əmindirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 20 Aprel 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















