Icma.az
close
up
RU
Onun Şəhriyardan şeir səsləndirməsi İranın Azərbaycan siyasətində yumşalmasından xəbər verir

Onun Şəhriyardan şeir səsləndirməsi İranın Azərbaycan siyasətində yumşalmasından xəbər verir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Pezeşkianın Azərbaycan səfəri Azərbaycan və İran daxilində ciddi müzakirələrə keçid verdi. Eyni zamanda Rusiya, Qərb və Türkiyə mətbuatında da bu istiqamətdə fərqli yanaşmaların olduğunu görməkdəyik. Biz bu səfərə sırf Azərbaycan və İran münasibəti üzərindən yanaşsaq, verilən mesajlar fonunda sadəcə müsbətə doğru irəliləmədən danışa bilərik. Bundan əvvəlki səfərlərdə hər hansı formada rəqabət havası, fikir ayrılıqları olurdu. Son səfərdə isə əlaqələrin tamamilə yaxşılaşdırılmasına dair əməkdaşlığa doğru hərəkət edildiyi görürük".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
Politoloq bildirib ki, Azərbaycan müstəqilliyin bərpa edilməsindən sonra bütün tərəflərlə münasibətləri yaxşılaşdırmaq siyasətini seçmişdi:
"Ancaq həmin illərdən başlayaraq niyəsə İran iqtidarının anti-Azərbaycan mövqeyində dayandığını görürdük. Bu da iki ölkə arasında münasibətlərin pozulmasına, iqtisadi layihələrin dayanmasına və ya ləngiməsinə səbəb olurdu. 
Xəzərin statusu, sərhədlər məsələsində də zaman-zaman problemlər yaşayırdıq. Pezeşkianın son səfərindən bunların heç birindən əsər-əlamət yox idi. Onun Məhəmmədhüseyn Şəhriyardan ana dilimizdə şeir səsləndirməsi İranın Azərbaycan siyasətində yumşalma olmasından xəbər verir. Bütün bunlar səbəbsiz deyil".
Onun sözlərinə görə, bu gün Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan cənub-şimal,  şərq-qərb tranzit layihələri baxımından ön plana çıxmağa davam edir:
"Tehranda da başa düşürlər ki, Azərbaycan təkcə İranın düşmənləri ilə yox, dostları ilə də yaxşı əlaqələr qurub. İran tərəfi hər hansı bir vasitə ilə Azərbaycana qarşı siyasət yürütdükcə məntiqi nəticə əldə edə bilməyəcək. Əməkdaşlıq mühiti formalaşsa, hər iki ölkə buradan karlı çıxa bilər. 
Biz artıq tranzit əhəmiyyətli, ortaq layihələrdən danışa bilərik. Ən əsası dünya hazırda enerji təhlükəsizliyi məsələsi ilə sınaqdadır. Bir çox ölkələr enerji təhlükəsizliyi riski ilə üzləşirlər. Bu nöqtədə Azərbaycan və İran enerji sərvətlərinə sahib ölkə kimi dünya enerji təhlükəsizliyinə töhfə verə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımızın haqq səsini eşitməyə davam edəcək. Pezeşkianın Azərbaycan soylu olması və ana dilinə yaxın olması ilə İranda bu məsələ istiqamətində də ortaq addımlar atıla bilər. İranda azərbaycanlıların bölücü, separatist olması fikirləri aradan qalxa, tarixi reallıqlar bərpa edilə bilər. Bu gün dünya yeni düzənə doğru gedir. Bu sistemdə hər kəs daha güclü təmsil olunmağa çalışır. Azərbaycan və İran tərəfləri də təhlükəsizlik və yeni dünya düzənində güclü çıxış etmək baxımından əməkdaşlığı artıraraq daha yaxşı nəticələr əldə edə bilərlər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri