Icma.az
close
up
RU
”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq” Zahid Oruc

”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq” Zahid Oruc

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyevin cismani yoxluğu 12 dekabr 2003-cü ildə baş versə də onu zamanın fövqünə qaldıran, ölümsüz edən və əbədi diri saxlayan nadir insanlara verilən dünyəvi şəxsiyyət miqyası, təkcə bir millətə deyil, dünyanın bütün xalqlarına ideal olacaq quruculuq kursu, Xilaskarlıq və Qurtuluş Salnaməsidir. İlahi xüsusiyyətlərdir. Yalnız Tanrının sevdiyi və seçdiyi adamların ruhu əbədilik qazana bilir. Əks halda statistik varlıqsan.

Heydər Əliyev haqda minlərlə əsər, kitab, film və epopeyalar yaradılıb. Lakin Ulu öndəri sona qədər dərk etmək mümkün deyil. Onun haqqında son sözü söyləyən olmayıb. Hər kəs onu başa düşdüyü qədər danışır, yazır və vəsf edir. Nəticə dəyişmir, O, əlçatmazdır, sonsuzdur, hüdudsuzdur.  Dünyəvi obrazına qarşı çıxanlar da Heydər Əliyev haqda özlərinin yaratdıqları miflərə əsir olub kölgəsi ilə sürünürlər. Göy adamlarına atılan daşlarsa geriyə-Yer üzünə qayıdır. 

Heydər Əliyev sadə zəhmət adamının imperiya rəhbəri ola biləcəyini sübut edən ən parlaq obrazdır. Hökmdar övladı olmağın üstünlüyü və məhdudiyyətləri var. Lakin əli qabarlı və alın təri ilə yaşayan bir dəmir yolçunun oğlu dünyaya hökm edən quruluşun zirvəsinə çıxır. Onun həyat yolu taleyin hökmü ilə mənsub olduğu və hər zaman qayıtdığı ölkəsinin sərhədlərini çox-çox aşır.

22 il əvvəlin ümumxalq kədərini sanksiyalaşdırmaq, inzibati yolla qərarlaşdırmaq mümkün deyildi. Milyonlarla insan sevimli oğlu ilə vidalaşmaq üçün özləri meydanlara çıxmışdılar. Dünya tarixində və qoca Şərqdə belə izdihamların-ümummilli matəmin yalnız bir səbəbi var-Heydər Əliyev Yoldur, Məktəbdir, Mədəbbir, Azadlıqdır, Dövlətdir, nəhayət, Xalq Adamıdır!

O, qalibiyyətin simvoludur. Zəfər paytaxtı Şuşada onun sözü, səsi və irsi min illər eşidiləcək, yayılacaq və gələcək Azərbaycan imperiyasının Himni olacaq. Qurtuluş savaşı Onun əlləri ilə yaradılan, lakin əsir düşən Vaqifin məqbərəsindən, Bülbülün güllələnən heykəllərindən, yağmalanan yüz minlərlə azərbaycanlının evindən başlandı.

Heydər Əliyev Qayıdışın simvoludur. Onun imperatorluqdan Naxçıvana, kiçik bir əyalətə, sonra 14 il Birinci Şəxs kimi hökmlər verdiyi qədim Bakıya, nəhayət, 44 müqəddəs günlə bütün azad torpaqlara dönüşü də Ulu öndərin heç vaxt getmədiyini-hər zaman xalqa qayıtdığını sübut edir. 

Fiziki-bioloji ölçülər şərtidir, keçmiş və gələcək bölgüsü  formasiya fərqi kimi önəm daşıyır. O, iki quruluşun-iki dünyanın, sovet və müstəqillik erasının qəhrəmanıdır. 

İlham Əliyev atasınının bioloji övladı olmaqdan çox Ulu öndərin siyasi varisidir. Vətən müharibəsi onun ruhu ilə aparıldığı üçün missiya, vəsiyyət, proqram və tapşırıq Zəfərə qovuşdurdu. 12 dekabr yoxluq deyil, 8 noyabr günü Heydər Əliyevin əbədi varlıq günüdür!

O, dünyanın yaradılışına vəsilə olan “Ol” sözüdür!

Zahid Oruc,

millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri