Icma.az
close
up
RU
Zahid Oruc: ”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq”

Zahid Oruc: ”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq”

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Heydər Əliyevin cismani yoxluğu 12 dekabr 2003-cü ildə baş versə də onu zamanın fövqünə qaldıran, ölümsüz edən və əbədi diri saxlayan nadir insanlara verilən dünyəvi şəxsiyyət miqyası, təkcə bir millətə deyil, dünyanın bütün xalqlarına ideal olacaq quruculuq kursu, Xilaskarlıq və Qurtuluş Salnaməsidir. İlahi xüsusiyyətlərdir. Yalnız Tanrının sevdiyi və seçdiyi adamların ruhu əbədilik qazana bilir. Əks halda statistik varlıqsan”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Ulu Öndər Heydər Əliyevin anım günü haqda danışarkən deyib. 

O, bildirib ki, Heydər Əliyev haqda minlərlə əsər, kitab, film və epopeyalar yaradılıb: 

“Lakin Ulu öndəri sona qədər dərk etmək mümkün deyil. Onun haqqında son sözü söyləyən olmayıb. Hər kəs onu başa düşdüyü qədər danışır, yazır və vəsf edir. Nəticə dəyişmir, O, əlçatmazdır, sonsuzdur, hüdudsuzdur.  Dünyəvi obrazına qarşı çıxanlar da Heydər Əliyev haqda özlərinin yaratdıqları miflərə əsir olub kölgəsi ilə sürünürlər. Göy adamlarına atılan daşlarsa geriyə-Yer üzünə qayıdır. Heydər Əliyev sadə zəhmət adamının imperiya rəhbəri ola biləcəyini sübut edən ən parlaq obrazdır. Hökmdar övladı olmağın üstünlüyü və məhdudiyyətləri var. Lakin əli qabarlı və alın təri ilə yaşayan bir dəmir yolçunun oğlu dünyaya hökm edən quruluşun zirvəsinə çıxır. Onun həyat yolu taleyin hökmü ilə mənsub olduğu və hər zaman qayıtdığı ölkəsinin sərhədlərini çox-çox aşır. 22 il əvvəlin ümumxalq kədərini sanksiyalaşdırmaq, inzibati yolla qərarlaşdırmaq mümkün deyildi. Milyonlarla insan sevimli oğlu ilə vidalaşmaq üçün özləri meydanlara çıxmışdılar. Dünya tarixində və qoca Şərqdə belə izdihamların-ümummilli matəmin yalnız bir səbəbi var-Heydər Əliyev Yoldur, Məktəbdir, Mədəbbir, Azadlıqdır, Dövlətdir, nəhayət, Xalq Adamıdır! O, qalibiyyətin simvoludur. Zəfər paytaxtı Şuşada onun sözü, səsi və irsi min illər eşidiləcək, yayılacaq və gələcək Azərbaycan imperiyasının Himni olacaq. Qurtuluş savaşı Onun əlləri ilə yaradılan, lakin əsir düşən Vaqifin məqbərəsindən, Bülbülün güllələnən heykəllərindən, yağmalanan yüz minlərlə azərbaycanlının evindən başlandı. Heydər Əliyev Qayıdışın simvoludur. Onun imperatorluqdan Naxçıvana, kiçik bir əyalətə, sonra 14 il Birinci Şəxs kimi hökmlər verdiyi qədim Bakıya, nəhayət, 44 müqəddəs günlə bütün azad torpaqlara dönüşü də Ulu öndərin heç vaxt getmədiyini-hər zaman xalqa qayıtdığını sübut edir. Fiziki-bioloji ölçülər şərtidir, keçmiş və gələcək bölgüsü  formasiya fərqi kimi önəm daşıyır. O, iki quruluşun-iki dünyanın, sovet və müstəqillik erasının qəhrəmanıdır. İlham Əliyev atasınının bioloji övladı olmaqdan çox Ulu öndərin siyasi varisidir. Vətən müharibəsi onun ruhu ilə aparıldığı üçün missiya, vəsiyyət, proqram və tapşırıq Zəfərə qovuşdurdu. 12 dekabr yoxluq deyil, 8 noyabr günü Heydər Əliyevin əbədi varlıq günüdür! O, dünyanın yaradılışına vəsilə olan “Ol” sözüdür!”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri