Onun taktiki səhvi düzdür
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
10-cu tur “Turan Tovuz” üçün parlaq keçdi. 2026-cı ilin ən yaxşısı “Sabah” məğlubiyyətə uğradıldı – 3:2.
Praqmatik Berdiyev futbolu bu dəfə ənənəsinə zidd, intensiv hücumlarla əvəzlənmişdi. Bəhrəsini verdi.
Deməli, Tovuz təmsilçisi 1 nömrə oynayanda daha effektli olur, potensialı geniş açılır.
Əlbəttə, bir oyun əsasında bunu iddia etmək mümkün olmaz, lakin “bayquşlar”a qarşı edilibsə, düşünməyə əsas var…
***
ÇL-in “Vikinq” səfəri öncəsi Valdas Dambrauskasın qayğıları artmışdı. Rotasiyalar və taktiki deşifrə cəhdləri əzbərlərə mane ola bilərdi. Ki, oldu da…
“Sabah” məğlubiyyətdən qurtulmaq üçün cəhdlər etsə də, zəif yerindən “vurulmuşdu”.
İlk məğlubiyyət pusquda dayananlar üçün bariz əyani “vəsait” sayıla bilər. Hərgah, taktiki zənginliyi ilə rəğbət qazanmış litvalı mütəxəssis də oyunsonrası mətbuat konfransında bu sözləri ilə işarə etdi ki, zəif nahiyələrimizi bildik, etiraf edirik.
“Bugünkü məğlubiyyətdə taktiki səhvlərim oldu. İkinci hissəyə yaxşı başladıq, epizodlar yaratdıq. Lakin birinci yarıda verdiyimiz boşluqlara görə, rəqib iki qol vurdu. Məğlubiyyətdə mənim günahım var.”
Fərqində olanı yenmək asan deyil. Məğlubiyyətindən dərs çıxarmaq qələbələri daha da artırar…
Ümumiyyətlə, Dambrauskasın dediklərinə rasional rakursdan başqa, bir az emosional motivdən də yanaşaq.
Varmı məğlubiyyətdə birbaşa öz taktiki səhvini qabardan və başqa heç bir bəhanə uydurmayan məşqçi?
Halbuki rahatca:
– ÇL oyunu öncəsi psixoloji və sair məsələlərdən danışıb yayınmaq olardı
– Bir neçə oyunçuya Avropa klublarından təkliflərin gəlməsi məsələsindən tutub minbir bəhanə uydurmaq olardı
– Bunu gözləyirdik, haçansa məğlubiyyət olacaqdı
Və s., və s. fantaziyalara açıq bəraətlər toplusu sıralamaq olardı. Heç biri olmadı. Sıfır bəhanə.
Bəlkə də Dambrauskası üstün eləyən elə məhz bu keyfiyyətidir. Özgüvəni yerində olan şəxs təqsirkar olduğunu bildirməkdə kompleks yaşamaz, əksinə, səhv və doğrunu ayırd edib düzəliş edər.
Elçin Cəlilov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Oktyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















