Icma.az
close
up
RU
“OPEK+” formatı genişlənir

“OPEK+” formatı genişlənir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliyanın neft alyansına qoşulması qiymətlərə təsir imkanlarını artıra bilər

Braziliya fevralın 18-də “OPEC+” alyansına qoşulmaq barədə qərarını açıqlayıb. Ölkənin mədən və energetika naziri Alexandre Silveyra bildirib ki, “OPEC+” blokuna qoşulmaq Braziliyanın enerji sənayesində taleyüklü məqam olsa da, beynəlxalq enerji ailəsi ilə dialoq və əməkdaşlıq üçün yeni səhifə açır. Beləliklə, Braziliyanın qaz sindikatına qoşulmasından sonra  “OPEC+” ailəsinin sayı 10-dan (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) 11-ə çatmış olacaq.

“OPEC+”un neft bazarında rolu

Qeyd edək ki, “OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Kartel ölkələrinin başlıca prinsipi sabit və sərfedici qiymət portfelinin dayanıqlılığının qorunmasıdır. Alyans üzvləri gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 42 faizini təmin edir. Tədarükçü ölkələr arasında ədalətli yanaşma neftin qiymətlərinin orta bazar çərçivəsində 80-100 dollar arasında qalmasıdır. “OPEC+”in siyasətində neftin yüksək olması da arzuolunan deyil, tədarükçülər qeyd edilən qiymət çərçivəsini münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.

“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. 2024-cü ilin sonlarında kartel ölkələrinin toplantısında neft hasilatının sabit kvotada qalması qərarı qüvvədə qalıb. Hazırkı şəraitdə neftin qiyməti 70-80 dollar civarındadır və bu, müəyyən qədər risklər yarada bilər. Xüsusilə də, Tramp hökumətinin qlobal bazarlara çoxhəcmli neft tədarük olunacağı barədə mesajları “OPEC+” ölkələrinin  narahatlığını müəyyən dərəcədə artırır. Mövcud situasiyalar neft qiymətlərinin aşağı düşməsi tendensiyasının qarşısını almaq, aşağı hasilat dəhlizinin saxlanılmasını təmin etməkdir. Bir sözlə, onluq ölkələri müxtəlif vaxtlarda qiymət riskləri yarandığı zaman tələbatın azaldılması kursunu yürütməklə qiymətlərə təsir edir.

Braziliyanın alyansa qoşulması nə vəd edir?

BMT-nin COP-30 konfransına ev sahibliyi edəcək ölkə olan Braziliyanın beynəlxalq iqlim ailəsinin qalıq yanacaq tədarükünə qarşı tələblərinin artdığı və ətraf mühitlə bağlı üzərinə mühüm öhdəliklər götürdüyü vaxtda birdən-birə böyük yanacaq tədarükçülərinin sırasına qoşulması müəyyən suallar yaradır. Rəsmi Rio-de-Janeyro faktiki olaraq karteldə yer almaqla qlobal bazarda iri enerji təchizatçılarından birinə çevriləcək və bu yanaşma COP-30-a liderlik edəcək ölkənin anti-qalıq yanacaq strategiyası ilə üst-üstə düşmür. Mövcud addım bu baxımdan daha çox siyasi qərar daşımasından xəbər verir. Belə ki, Tramp hökumətinin COP sammitlərindən çıxacağına dair bəyanatı, ardınca ABŞ-ın neft və LNG (sıxılmış qaz) hasilatında yeni dövrə start verməsi və bununla da qalıq yanacaq istehsalı bazarını daha da stimullaşdırması beynəlxalq iqtisadi münasibətlər sistemində də vahidliyin pozulmasına yol açır. Eyni zamanda, həm “OPEC”, həm də “OPEC+” ölkələrinin qlobal neft bazarında təsiredici rolunun artması, Braziliyanın da siyasi-iqtisadi blokda yerini möhkəmləndirməsini şərtləndirir. Ölkənin energetika naziri A. Silveyranın vurğuladığı kimi, Braziliyanın neft istehsalçısı olması unudulmamalıdır, “OPEC+” ailəsinə qoşulması isə bu ölkə üçün neft hasilatı ilə bağlı strategiyasını müzakirə etmək və əlaqələndirməkdə mühüm platforma olacaq.

Braziliya dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi həm də BRICS blokunda aparıcı statusa malikdir. “OPEC+” ölkələrinin bir neçəsi həm də bu təşkilatda birləşib. Bu baxımdan Braziliyanın neft karteli ölkələrinə qoşulması yeni iqtisadi tələbləri də meydana çıxaracaq. BRICS-in ümumi iqtisadi strategiyalarının həyata keçirilməsində də ön planda olan Braziliya “OPEC+” alyansına daxil olmaqla bu ölkənin yerləşdiyi regionda və qlobal enerji bazarında proseslərə daha fəal təsiretmə imkanlarını artıracaq.

ELBRUS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri