Neftin qiyməti OPEC+ ölkələrinin qərarı fonunda artır
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
OPEC+-nın hasilatın hazırkı artım tempini saxlamaq qərarı fonunda bazar ertəsi neft qiymətləri durmadan artır.
Banco.az xəbər verir ki, neft hasilatını sutkada 2,2 milyon barellə məhdudlaşdıran səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) həftə sonu iyul ayında neft hasilatını gündəlik 411 min barel artırmaq qərarına gəlib.
Reuters qeyd edir ki, OPEC+ hasilatın artım tempini üçüncü ay ardıcıl olaraq saxladı və bu, daha əhəmiyyətli artımdan qorxan bazar iştirakçılarını bir qədər sakitləşdirdi.
Onyx Capital Group-un analitiki Harri Çilingaryan qeyd edib ki, alyans hasilatı daha da artırmaq qərarına gəlsəydi, bazar ertəsi neft bazarının açılışı həqiqətən pis olardı.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 64,27 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 1,49 dollar (2,37%) bahadır. Cümə günü bu müqavilələrin bir barelinin qiyməti 0,57 dollar (0,9%) ucuzlaşaraq 62,78 dollar olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 1,71 dollar (2,81%) bahalaşaraq bir barelə görə 62,5 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,15 dollar (0,25%) azalaraq bir barel üçün 60,79 dollar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















