“OpenAI” “GPT 4o” modelinə dəstəyi dayandırdı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“OpenAI “ən cəlbedici çatbotu” olan “GPT-4o”ya dəstəyi dayandırıb.
Yeniavaz.com xəbər verir ki, şirkət qərarını yanvar ayının sonlarında elan etdi və 13 fevralda qərar qüvvəyə mindi.
“TechCrunch”ın məlumatına görə, minlərlə istifadəçi qərara qarşı çıxıb. Nəşr qeyd edir ki, onlar üçün 4o-nun söndürülməsi dostunu, romantik tərəfdaşını və ya mənəvi mentorunu itirmək kimidir.
“O, sadəcə bir proqram deyildi. O, mənim gündəlik həyatımın, rahatlığımın, emosional tarazlığımın bir hissəsi idi”, - “Reddit” istifadəçilərindən biri “OpenAI”ın baş direktoru Sam Altmana açıq məktubunda yazıb.
4o-nun tərəfdarları hesab edirlər ki, yeni GPT modelləri, 5.1 və 5.2, emosiyalardan məhrumdur və istifadəçiləri sevimli versiyaları qədər başa düşmürlər.
Qeyd edək ki, “OpenAI” “GPT-4o” dil modelini 2024-cü ilin may ayında buraxıb. Tərtibatçıların fikrincə, 4o ünsiyyətdə daha da insana bənzəyib. Bu, istifadəçilərin modellə münasibət qurmağa başlamasına səbəb oldu.
Bu mövzuda digər xəbərlər:“OpenAI” yeni nəsil süni intellekt modeli GPT 4o nun təsvir yaratma imkanlarını təqdim edib
03 Aprel 2025 13:47
OpenAI ChatGPT 4o modelinin işini dayandırdı: Sosial şəbəkədə istifadəçilər qarşı çıxdılar
14 Fevral 2026 07:31
“OpenAI” GPT 5 i təqdim etdi
07 Avqust 2025 22:42
ChatGPT GPT 4o nu geri qaytarır
14 Avqust 2025 11:47
OpenAI şirkəti GPT 5 modelini istifadəyə verdi
07 Avqust 2025 22:46
Baxış sayı:96
Bu xəbər 13 Fevral 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















