Operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər bu halda cərimələnə bilməz Aqil Rəhmiov
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yol hərəkəti qaydalarına digər sürücülərin əməl etdiyi kimi, operativ nəqliyyat vasitələrinin sürücüləri də əməl etməlidir. Lakin qanunvericilikdə operativ nəqliyyat vasitələri üçün istisna hallar müəyyən edilib.
Onlar hansı hallarda qaydalardan kənara çıxa bilərlər?
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, operativ nəqliyyat vasitəsi o zaman operativ nəqliyyat vasitəsi sayılır ki, sayrışan işıqlarını yandırıb və eyni zamanda səs siqnalından istifadə etsin:
“Əgər ikisindən biri qoşulu deyilsə, o, operativ nəqliyyat vasitəsi sayılmır. Operativ nəqliyyat vasitəsi qaydaları poza bilər, amma ehtiyat tədbirlərini görməli və başqa sürücüləri də nəzərə almalıdır.
Ona görə də polis və ya təcili yardım səs siqnallarını qoşubsa və sayrışan işıqları varsa, ona yol vermək lazımdır. Sürücülər bu vəziyyətdə operativ nəqliyyat vasitəsinə yol vermədikdə, inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin sayrışan işıqlar və xüsusi səs siqnalı qoşulu olmadıqda, həmin nəqliyyat vasitəsinə yol verməyən sürücülər məsuliyyətə cəlb edilə bilməz”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















