Icma.az
close
up
RU
“Oqtay Paşinyanı döyüb Elçinin velosipedini ondan aldı” Xalq artistindən AÇIQLAMA

“Oqtay Paşinyanı döyüb Elçinin velosipedini ondan aldı” Xalq artistindən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İrəvandan çıxmağımız indiyə qədər yadımdadır. 1989-cu il idi. Biz teatrla qastrolda idik. Qayıdanda gördük ki, artıq heç kəs yoxdur. Teatr bağlandı, əşyaların hamısını talan etdilər. İrəvandan ən son çıxan sakinlərdən idik. Mənim teatrda Şamil Dəmirçiyev və Səmayə İsmayılova adlı iş yoldaşlarım var idi. Ermənilər onlara demişdi ki, qapıdan çıxsanız sizi öldürəcəyik. Benzini qapılarının üstünə tökmüşdülər ki, evləri yansın. Biz 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırdıq. Göy məscidə yaxın idik. Şəhərin düz mərkəzində, Lenin prospekti 2-də qalırdıq. Mən evdə olmamışam, gəlib benzini tökmüşdülər. Qonşum çıxıb demişdi ki, sən o evi yandırsan, mənim evim də bitişikdir, o da yanacaq. Həmin qonşu onlara mane olmuşdu”.
Demokrat.az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında xalq artisti Vidadi Əliyev deyib. O daha sonra əlavə edib:
“Evdən əşyaları çıxaranda ermənilər 17-18 yaşındakı uşaqları qabağa verdilər ki, dağıtsınlar. Komendant saatı idi, tanklar şəhərdə idi. Gedib dedim ki, bu uşaqları gəlin kənara çəkin. Həmin erməni mənə dedi ki, gedin işinizlə məşğul olun, həmin əşyaları uşaqlar yandırmasalar gərək gəlib mən yandırım” deyə o bildirib.
Xalq artisti daha sonra Ermənistanın Baş Naziri Nikol Paşinyanın uşaqlığından da danışıb:
“Mən əslində Lenin prospektində yeni yaşayırdım. Əvvəl yeni massiv adlanan ərazidə yaşayış yerində qalırdıq. İki otaqlı ev idi. Paşinyanın da qohumları bizimlə qonşu idi. Tez-tez gəlib övladlarımla oynayırdı. Paşinyan gəlib oğlum Elçinin velosipedini qaçırtmışdı. Elçin də davadan-dalaşdan, söyüşdən uzaq uşaq idi. Oqtay yoldaşları ilə gedib Paşinyanı tapıb, onu döyüb velosipedi almışdı” deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, əzəli torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir:
“Yaşadığımız bina olduğu kimi qalır. Tez-tez İrəvanın əsas görüntüsünü göstərəndə oradakı kadrda mənim evim də düşür. Mən buradan həmin balkonuma baxıram. O evdə heç bir ay yaşamadıq. O evi o vaxt Bakıdakı erməni ilə dəyişdik. Bakıdakı evini mən aldım, həmin evi ona verdim. Həmin evdə fotoaparatım, şəkillərim, video kameram var idi. O məndən xahiş etdi ki, sən anamı və bir də “raskladuşka”-nı Bakıdan İrəvana yola sal, mən sənin fotoaparatını yollayacam. Dedim ki, fotoaparatı sənə verirəm, içindəki lenti, bir də Oqtaya uşaqlar imzalı futbol topu vermişdilər, onu istəyirəm. Mən ona dediklərini göndərsəm də, o mənə söz verdiklərini göndərmədi. Nanəciblik etdi. Toxmaqgöl deyilən gölün ətrafındakı qəbirstanlıqda basdırılanların hamısı azərbaycanlılardır. Gecə ilə azərbaycanlıların qəbirlərini çıxardıb atırdılar, erməniləri orada basdırırdılar. Ara qızışanda artıq bizimkilər ölülərini orada yox, Araza yaxın ərazidə basdırırdılar. Həyat yoldaşımın nənəsinin, babasının məzarı oradadır. Yaradıcılığımın da, cavanlığımın da 21 ili orada keçib. Çox ümidliyəm ki, ora qayıdacağıq. Buna inanıram və o gün elə də uzaqda deyil” deyə sənətkar bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri