Icma.az
close
up
RU
Xalq yazıçısı Elçinin portreti xatirələr işığında

Xalq yazıçısı Elçinin portreti xatirələr işığında

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq yazıçısı Elçinlə yollarım həyatın müxtəlif dönəmlərində kəsişib. Hər dəfə bu qarşılaşmalar məndə yalnız bir hadisənin yox, həm də bir düşüncənin, bir yanaşma tərzinin izini buraxıb. İnsan bəzən kitabları ilə tanıdığı yazıçını şəxsən görəndə, onun davranışında sözün təcəssümünü axtarır. Mənim yaddaşımda qalan üç kiçik hadisə Elçini mənə məhz bu cür göstərdi - sözlə insanın bir-birinə qarışdığı məqamda.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs dediyim illər idi. Tələbələrimdən biri dərslərə nadir hallarda gəlirdi. Səbəbini soruşanda isə həmişə babasının yubileyinə hazırlaşdığını deyirdi. İmtahan zamanı gördüm ki, onun haqqında qiymət cədvəlimdə heç bir qeyd yoxdur. Prinsipimə sadiq qalaraq qiymət yazmadım.

Bir gün fakültənin dekan müavini Ə.Hacıyev dərs zamanı qapını açıb, ona xas həyəcanla məni dəhlizə çağırdı:

- Siz bir tələbəyə qiymət yazmamısınız.

Dedim ki, bəli, yəqin Aysunu deyirsiniz, çünki dərsə gəlmir. Dekan müavini bir qədər susdu, sonra soruşdu:

- Bilirsiniz o kimdir?

- Yox, - dedim, - heç maraqlanmamışam da.

- O, Xalq yazıçısı Elçinin qızıdır.

Bu söz məni təəccübləndirdi. Doğrusu, Elçinin qızının tələbəm olduğunu bilmirdim. O, sonra əlavə etdi ki, özü dekanlığa zəng edib.

Onu da deyim ki, tələbənin kimin övladı olması maraq dairəmdə olmayıb. Amma dekan müavininin sonrakı cümləsi məni düşündürdü:

- Elçin müəllim onu da dedi ki, bilirəm, çox dərs buraxıb, babasının yubileyinə hazırlaşırdı (İlyas Əfəndiyevi nəzərdə tuturmuş - P.M.). Müəllimə istəsə, onunla şəxsən danışaram.

Elçin müəllimin sözlərində nə bir göstəriş, nə də təzyiq vardı - sadəcə, səmimi bir xahiş idi.

O, bu işi mənim başımın üstündən də edə bilərdi. Azmı görmüşük belə halları?! O an düşündüm ki, belə bir istisna edə bilərəm və zəngə ehtiyac yoxdur. Elçin böyük yazıçı idi, özümün də ona dərin hörmətim vardı.

Beləcə, bu məsələ sakit şəkildə həll olundu. Çox hallarda ad-san sahibi olanlar tələb edir, göstəriş verirlər. Amma yaddaşımda Elçin müəllimin həmin incə, təmkinli və hörmətli yanaşması qaldı.

lll

Çoxları bilir ki, mən Azərbaycan ədəbiyyatı və mətbuatını tədqiq edirəm, xüsusilə də Güney Azərbaycanla bağlı mövzulara üstünlük verirəm. Bu səbəbdən, Güney Azərbaycandakı yaradıcı ziyalılarla əlaqə saxlayır, fikir mübadiləsi edirdik.

Bir dəfə oradakı dostlar mənə dedilər ki, Elçinin bir kitabını çap etdirmək istəyirlər. Bu işdə mən onlara yardım elədim. Sonra həmin kitabı mənə göndərib xahiş etdilər ki, onu Elçinə çatdırım. Mən Elçinin köməkçisi Əkrəm müəllimlə əlaqə saxladım və o, görüşümüzü təşkil etdi.

Elçin müəllimlə görüşəndə ona kitabı təqdim edərək dedim:

- Çalışdım ki, sizin əsərləriniz orada, Güney Azərbaycanda, İranda da oxucuların qəlbinə yol tapsın.

O, məmnunluqla gülümsədi və təşəkkür etdi. Mən əlavə etdim ki, bu işi edənlər şəxsi təşəbbüs və gücləri ilə çalışırlar. Onlara dəstək lazımdır. Siz bu məsələdə kömək edə bilərsinizmi?

Elçin müəllim bir qədər susdu, sonra isə dedi:

- Düşünüb nələrsə etməyə çalışarıq.

Sadə, lakin çoxqatlı bir cavab idi. Həssas mövzu olduğundan o, çox söz demədi. Amma mən onun səsində ehtiyatla yanaşı, bir məsuliyyət yükünü də hiss etdim. Bəzən bir cümlə çox şeyi gizlədir. Mənim üçün bu cavab həm təsəlli, həm də ümid oldu.

lll

Elçin müəllimlə bağlı bir xatirə də bir vaxtlar işlədiyim Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti ilə əlaqəlidir.

Öncə bu Mədəni Cəmiyyət-Mərkəz haqda doğru-dürüst bilgi verim.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin yaranması 1940-cı illərə gedib çıxır.

O illərdə qurulmuş Cəmiyyətin müxtəlif şöbələri vardı. Taleyin hökmü ilə müxtəlif səbəblərdən Vətəndən ayrı düşmüş - xarici ölkələrdə yaşayan soydaşlarımızla  əlaqə, mədəniyyətimizin dünya ölkələrində yayılması, xaricdən gələn qonaqların qarşılanması, ölkə xaricində "Azərbaycan günləri"nin təşkili - bütün bunlar onun fəaliyyət istiqamətlərinə daxil idi. Cəmiyyətin sonralar mətbu orqanları da yarandı: əvvəlcə "Vətənin səsi", sonra "Odlar Yurdu" qəzeti, habelə "Azərbaycan bu gün" jurnalı 7 xarici dildə Sovet Azərbaycanını Beynəlxalq aləmə tanıdırdı. Bu qurumun ilk sədri Səməd Vurğun, sonrakı illərdə Rza Quliyev, daha sonra isə Nəbi Xəzri oldu.

1980-ci illərin sonlarında Cəmiyyətin bir şöbəsi və onun "Odlar yurdu" adlı redaksiya orqanı ayrılaraq "Vətən" Cəmiyyəti adı altında fəaliyyət göstərməyə başladı. "Vətən" Cəmiyyətinə isə Xalq yazıçısı Elçin sədr təyin olundu.

Mən tələbəlik illərimin ikinci kursundan bu cəmiyyətdə işləməyə başladım. Əvvəlcə makinaçı kimi işə qəbul olundum, sonra xarici dillərə bələd olduğum üçün kitabxanada çalışdım. Rəhbərlik yazı qabiliyyətimi nəzərə alaraq məni "Odlar Yurdu" qəzetinə keçirdi. O vaxtlar qəzet xeyli populyar idi. Redaksiyada cəmi üç nəfər çalışırdı: baş redaktor Ramiz Əsgər və iki müxbir. Mən əsasən mədəniyyət və incəsənət mövzularında yazılar hazırlayırdım.

Bir müddət sonra "Azərbaycan bu gün" jurnalında redaktor vəzifəsi boşaldı. Mən Cəmiyyətin sədri Nəbi Xəzridən həmin işə keçmək üçün icazə istədim. Xahişim nəzərə alındı. Bu, əvvəlki işimlə müqayisədə həm maaş, həm də məsuliyyət baxımından daha yüksək vəzifə idi.

Tezliklə məni də "Vətən" Cəmiyyətinə dəvət etdilər. Görünür, fəaliyyətimi, yazılarımı nəzərə almışdılar. Amma mən artıq yeni işimə başlamışdım və ondan ayrılmaq istəmədim. Sadəcə təşəkkür etdim. Sonradan anladım ki, bu dəvətin arxasında da Elçin müəllimin diqqəti vardı. Böyük yazıçı gənc bir jurnalistin əməyini görür, qiymətləndirirdi.

Bu üç hadisə mənim üçün ayrı-ayrı epizodlar deyil, bir bütöv tablonun parçalarıdır. Elçinlə bağlı yaddaşımda qalan ən əsas cəhət budur: o, böyük yazıçı adını daşıyaraq sadəliyini itirməyən bir ziyalı idi. Ümumiyyətlə, o illərdə təcrübəyə, peşəkarlığa daha çox  dəyər verilirdi.

Pərvanə MƏMMƏDLİ

Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri