Icma.az
close
up
RU
“Ora vəsiqə qazanana qədər baxmayacam” Rəşad Sadıqov

“Ora vəsiqə qazanana qədər baxmayacam” Rəşad Sadıqov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib.

Redaktor.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

-Oyun bizim üçün olduqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. “Sumqayıt”a qarşı vacib oyun bizi gölzəyir.

-“Qarabağ”ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də “Zirə” potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiniz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, “Zirə” və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?

-Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanana qədər baxmayacam. İndi məni düşündürən “Sumqayıt”la görüşdür.

-Rəşad Sadıqovun görmək istədiyi “Zirə” budur?

-Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra “Neftçi” etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. “Zirə” yaxşıdır, bu kifayət edir” kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.

-Oyunun əvvəlində iki qol buraxdınız, inamlı deyildiz. Birdən-birə nə oldu? Bundan sonra “Neftçi”də arxayınlaşma yarandı? 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Mənə səmimi gəlmədi baş verənlər...

-33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. “Qarabağ”la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? “Neftçi”nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burada 1:2 uduzduğumuz matçda “Neftçi” “Zirə”ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Aprel 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri