İclas zallarından əlil ailələrinə, şəhid evlərinə uzanan yol...
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Vətən müharibəsi əlili Alıyev İlkin Əziz oğlunu evində ziyarət edib, müharibə əlilinin səhhəti, müalicə şəraiti ilə tanış olub.
Şübhəsiz, icra başçısının müharibə əlilini evində ziyarət etməsi, ona şəxsən diqqət və qayğı göstərməsi təqdirəlayiq bir haldır və bu yanaşma digər icra başçılarına, iri ranqlı məmurlara da nümunə olmalıdır. Lakin Tovuz Rayon İcra Hakimiyyəti başçısının bu qayğıkeş addımının əhəmiyyətini artıran daha bir amil var ki, bu da məlum addımın vətənpərvərlik tərbiyəsi baxımından da mühüm rol oynamasıdır.
Təcrübə sübut edir ki, yeniyetmə və gənclər üçün ən böyük vətənpərvərlik tərbiyəsi şəxsi nümunə göstərmək, söz deyil, əməli baxımdan onlara örnək olmaqdır. Bu baxımdan icra başçısının şəhid ailələrini, müharibə əlillərini ev-ev, qapı-qapı gəzməsi, onların vəziyyəti ilə yerindəcə tanış olması xüsusi önəm kəsb edir. Bu cür ziyarətlərə şahd olan hər bir gənc qeyri-iradə anlayır ki, dövlət vətənin müdafiəsində iştirak edən övladlarına, onların ailələrinə sahib çıxır, onların sonrakı aqibəti ilə maraqlanır, onlardan öz sevgi və dəstəyini heç vaxt əsirgəmir.
İcra başçısının müharibə əlilini ziyarət etməsi, həm də ideoloji təhlükəsizlik baxımından önəmlidir. Belə ki, müharibə əlillərinə, şəhid ailələrinə olan bu cür qayğıkeş münasibət özü-özlüyündə azərbaycançılıq ideologiyasının - vətənə bağlılığın, milli-mənəvi dəyərlərimizin, milli birlik və həmrəyliyin təbliği deməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2 okttyabr 2026-c il tarixində keçirilən yeni Azərbaycan Partiyasının VIII qurultayında vətənpərvərlik tərbiyəsi və ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib, bunun dövlətimizin bugünü və gələcəyi baxımından böyük önəm kəsb etdiyini vurğulayb. Prezident həmçinin qeyd edib ki, bu kimi məsələlərdə şablonlardan və formallıqlardan imtina etmək lazımdır:
“...ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın...”. (https://president.az/az/articles/view/73633 ).
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Vətən müharibəsi əlili Alıyev İlkin Əziz oğlunu evində ziyarət etməsi vətənpəvərlik və ideoloji təhlükəsizlik kimi məsələlərin təbliğinin əməli fəaliyyətdə - əlil və şəhid ailələrinə konkret dəstəkdə öz əksini tapmasının, habelə, vətənpərvərlik və ideoloji təhlükəsizliklə bağlı mesajların ictimaiyyətə iclas zallarından deyil, əlil evlərindən, şəhid ailələrindən çatdırılmasının nə qədər zəruri və effektiv olduğunu göstərir.
İnanırıq ki, Məmməd Məmmədovun mütəmadi şəkildə göstərdiyi bu nümunə yaxın gələcəkdə digər məmurlarımız tərəfindən də səmimi şəkildə təkrarlanacaq və hər kəs vətənə, onun müdafiəçilərinə olan sevgi və qayğısını ümumi fraza və şüarlar şəklində deyil, şəxsi nümunə əsasında - əməli formada ortaya qoyacaq.
Seymur ƏLİYEV
Baxış sayı:112
Bu xəbər 03 Noyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















