Orban yenə od püskürdü: Bizə hörmət qoyun!
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini "ölkəsinə daha çox hörmət göstərməyə" çağırıb.
Turkustan.az xəbər verir ki, baş nazir Orban Zelenskiyə açıq məktubunu ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşıb.
Orban iddia edir ki, Zelenski dörd ildir Macarıstanı Rusiya-Ukrayna müharibəsinə cəlb etməyə çalışır və bu müddət ərzində Brüsseldən və ölkəsindəki müxalifətdən dəstək alıb.
Zelenskini Macarıstanda Ukrayna tərəfdarı hökuməti hakimiyyətə gətirmək üçün Avropa Birliyi (AB) ilə koordinasiya etməkdə günahlandıran Orban bildirib: "Son günlərdə Macarıstanın enerji təchizatı üçün vacib olan Drujba (Dostluq) neft kəmərini bağlamısınız. Hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macarlar üçün təhlükəsiz və əlverişli enerji təchizatını təhlükə altına qoyur. Buna görə də, Macarıstan əleyhinə siyasətinizi dəyişdirməyinizi tələb edirəm".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Fevral 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















