Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

“Niyə özümüzə hörmət etmirik?” EKSPERT OD PÜSKÜRDÜ

“Niyə özümüzə hörmət etmirik?” EKSPERT OD PÜSKÜRDÜ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özümüzə  hörmət  etmirik: “Heç Ermənistanda yaşayan erməni  təhsilini tükcə, gürcücə, farsca alarmı?”

 “Rus məktəblərinə ölkəmizdə ehtiyac yoxdur. Amma milli məktəblərimizdə rus dilinin daha dərindən və keyfiyyətli tədrisinə çox ehtiyac var. Rus dilini bilmək lazımdır, bu dil  regionda əsas dildir.  Biz RF ilə qonşu dövlətik, çoxsahəli əlaqələrimiz var. Amma təhsil ana dilində olmalıdır.   Rus dilində orta təhsil almaq istəyənlər üçün pullu məktəblər yaradıla bilər. Tarix və ədəbiyyatın azərbaycan dilində tədrisi daha yaxşıdır, nəinki rus dilində...”

Bunu Moderator.az-a açıqlamasında dosent, təhsil eksperti İlham Əhmədov deyib.

Təhsil eksperti təhsilin, xüsusən də orta təhsilin ana dilində olmasını vurğulayıb:

“Ana dili  şəxsiyyətin, millətin və dövlətin  formalaşmasında, inkişafında xüsusi rola  malikdir.  Bunu bütün millətlər, xalqlar və dövlətlər çox yaxşı başa düşür, ona görə də milli  təhsillərini dövlət dilində  qurublar. Heç Ermənistanda yaşayan erməni  təhsilini tükcə, gürcücə, farsca alarmı? Heç ruslar almanca, farslar  ərəbcə, ərəblər  türkcə, türklər  yunanca təhsil alarmı  öz vətənlərində?  Onlar  əcnəbidilli məktəblərinin sayı ilə fəxr edərlərmi? Niyə özümüzə  hörmət  etmirik?

“Ana dilimizə  əhəmiyyət verməsək  ola bilər ki,  günlərin  bir günü dilimiz  itər-batar, yox olar və bir millətin də ki,  dili batdı,  onda millət  özüdə batar”.  (Üzeyir Hacıbəyov).

Xalq,  dövlət,   millət  suverenlik əldə etməklə, hələ  müstəqillik olmur. Müstəqillik şüurda olmalıdır. Xüsusən xalqın elitasının düşüncəsində olmalıdır. Əgər milli elita öz ailəsində  ana dilində danışmırsa, deməli, o ölkə hələ də müstəqil deyil.  Yəni,  elitası milli ruha malik olmayan xalqın, müstəqilliyi formal olar. «Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.  (Nəriman Nərimanov).»”

İ.Əhmədov  əlavə edib ki, Bakıda şagirdlərin 20 %-nin rus dilində təhsil alması  milli və dövlət təhlükəlisizliyi baxımından narahatedici  tendensiyadır (bəzi mənbələrdə bu, 34% kimi də göstərilir):

“Başqa bir ölkənin dilinin təhsil sisteminə belə müdaxiləsi,  dövlət dilindəki təhsili tədricən kölgədə qoyması, hesab edirik ki, müstəqilliyə, dövlətçiliyə, milli dirçəlişə, milli ideologiyaya da ciddi  təhdiddir. Belə faktlarla xüsusi fəxr etmək isə  heç  bir halda anlaşılan  deyil. Uşaqlarımız niyə  dövlət dilində yox, əcnəbi dildə təhsil almalıdır?  Bunu bəziləri  fəxr sayırlar.  Hesab edirik ki, əcnəbi dilli məktəblər büdcə hesabına yox, ödənişli olmalıdır. Bu, dünyanın hər yerində belədir. Konstitusiyamızda və  “Təhsil haqqında” Qanunda da belə qeyd edilib. Ana dilimizə, ümummilli lider Heydər Əliyev çox yüksək dəyər verirdi. Onun  ana dilinə aid  bəzi aforizmlərinə diqqət edək: “…Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. … Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir….Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. … Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.”  Sonuncu fikirdə  qeyd edilən keyfiyyətlər  məhz ana dilli təhsil vasitəsi  ilə aşılana bilər. Bəziləri deyir ki, rus bölməsində təhsil keyfiyyətlidir. Hesab edirəm ki, bu, səhv fikirdir.  Eyni nazirlik, eyni məzmun, eyni dərsliklər, eyni müəllimlər, bəzən eyni müəllim hər iki bölmədə dərs aparır.  Bu səbəblərdən də təhsilin  keyfiyyətində ciddi fərq  ola bilməz.  Bəli, sovet vaxtı rus və Azərbaycan bölmələri keyfiyyətcə fərqlənirdi, indi o fərq hiss edilmir,  sadəcə rus bölməsində oxuyan uşaqlar çox vaxt  maddi cəhətdən imkanlı və təhsilli  ailələrdən olurlar,  onların əlavə təhsil almaq imkanları daha çox olur”.

Təhsil eksperti hesab edir ki, rus bölməsinin məzunlarının  qəbul imtahanlarında müəyyən üstünlüləri var, məncə, bu, süni olaraq  yaradılıb:

 “Azərbaycan dilində resursların azlığından və keyfiyyətsizliyindən də şikayət edirlər, bu haqlı şikayətdir, Təhsil Nazirliyi bu problemi həll etməlidir, amma  30 ildir ki, həll edə bilmir. Əlavə dil bilmək yaxşıdır, amma bu, ana dilinə laqeyd yanaşmağın hesabına olmamalıdır. Şəhərdə çoxlu dil kursları  var, kimlər  əlavə xarici dil öyrənmək istəsə bu kurslara yazıla bilərlər.  İnternetdə  rus və digər əcnəbi dilləri öyrənmək istəyənlər üçün çoxlu pulsuz  kitablar, audio, video resurslar var. Hesab edirəm ki, orta səviyyəli şagird  öz üzərində işləsə, bu kurslarda 1 ilə danışıq dilini öyrənə bilər. Əgər  valideynlər  övladlarını əcnəbi dildə oxutmaq istəyirlərsə, tanınmış rus pedaqoqu Uşinskinin  sözlərini unutmasınlar.  Belə ki,  Uşinski uşaqların ana dilində tərbiyəsi və təhsilinin həyata keçirilməsi üçün inadla mübarizə aparırdı. O yazırdı ki, məktəbdə əcnəbi dildə tədris  uşaqların güc və bacarıqlarının təbii inkişafını ləngidir, bu  vəziyyət uşaqların və xalqın inkişafı üçün faydasızdır, …ana dili ən böyük milli tərbiyəçidir.  O deyirdi ki,  ana dili   “bilik  öyrəndiyimiz və onu gələcək nəsillərə  ötürdüyümüz yeganə vasitədir”.  O,   ana dilini mənimsəməyi ibtidai təhsilin əsas vəzifəsi hesab edirdi.   Uşinskinin fikrincə, məktəbdə ana dili, “bütün başqa fənlərin nəticələrini  özünə hopduran əsas fənni  olmalıdır. Uşaq kiçik yaşlarından xalq mədəniyyətinin elementlərini mənimsəməyə ana dilini öyrənməklə başlayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri