Orbanın gedişindən sonra Ukraynanın İLK QƏRARI
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna hakimiyyəti Peter Magyarın seçkilərdə qəbələsindən sonra Macarıstana səyahət tövsiyələrini ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Ukraynaya qarşı manipulyasiya ilə dolu olan seçki kampaniyası başa çatdı. Bu o deməkdir ki, ukraynalılar artıq yenidən Macarıstana səyahət edə bilərlər. Məhdudiyyətlərə səbəb olan təxribatların artan riskləri aktuallığını itirib”, – deyə nazir qeyd edib.
O, həmçinin Kiyevlə Macarıstanın yeni rəhbərliyi arasında münasibətlərin normallaşacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, 12 apreldə Macarıstanda parlament seçkiləri keçirildi. Əsas namizədlər Viktor Orban və onun “Fidesz” partiyası, eləcə də müxalifətdəki “Tisza” partiyasının lideri Peter Magyar idi. Səsvermədən sonra “Tisza” parlamentdəki yerlərin üçdə ikisindən çoxunu alaraq konstitusiya çoxluğunu təmin etdi. Yeni baş nazir 30 gün ərzində seçilməlidir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















