Ordu əvəzinə “Avropa legionu” XİN başçısından TƏKLİF
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə “Avropa legionu”nun yaradılmasını təklif edib.
Modern.az xəbər verir ki, yerli jurnalistlərə açıqlamasında polşalı nazirin sözlərinə görə, söhbət Avropanın müxtəlif ölkələrindən peşəkarların, o cümlədən döyüş təcrübəsi olan Ukrayna Silahlı Qüvvələrinin veteranlarının cəlb oluna biləcəyi daimi silahlı qüvvələrin formalaşdırılmasından gedir.
Sikorski Aİ daxilində hərbi inteqrasiyanın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Avropa ölkələri yaranan təhlükələrin öhdəsindən ABŞ-dan daim yardım istəmədən müstəqil şəkildə gəlməyi bacarmalıdır.
Nazir Avropanın müstəqil cavab verməli olduğu təhdidlər sırasında həm ənənəvi hərbi təhlükələri, həm də Afrikadan və Yaxın Şərqdən gələn miqrasiya axınlarının hibrid silah kimi istifadəsini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 16 Avqust 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















