Icma.az
close
up
RU
Çin USAID in əvəzinə yardım təklif edir

Çin USAID in əvəzinə yardım təklif edir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Çin Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarından sonra proqramları maliyyəsiz qalan ölkələrə öz yardımını təklif edir.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin rəsmiləri artıq Nepal hökumətinə USAID proqramlarını öz inkişaf layihələri ilə əvəz etməyə hazır olduqları barədə məlumat veriblər.

Bundan əlavə, Baş nazir Mark Braunun başçılıq etdiyi Kuk adalarının rəsmi nümayəndə heyəti bu həftə Çinə səfər edərək ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayacaq. Saziş ada dövlətinin infrastrukturunun inkişafına Çin investisiyalarının artırılmasını nəzərdə tutur.

Kolumbiyada QHT-lər Çinin dondurulmuş USAID proqramlarını əvəz etməkdə maraqlı olduğunu bildirir. 2024-cü ildə ölkə agentlikdən təxminən 385 milyon dollar əldə edib.

Qeyd olunur ki, Pekin yaranmış vəziyyətdən istifadə edərək, Çinin maraqlarını irəli sürmək üçün strateji əhəmiyyət kəsb edən ölkələr və regionlardan mümkün qədər tez ABŞ-ı sıxışdırıb çıxarmaq niyyətindədir.

KİV-in məlumatına görə, Nümayəndələr Palatasının demokratları Tramp administrasiyasını Amerikanın xarici yardımının dayandırılması ilə əlaqədar Çində mümkün yüksəliş barədə xəbərdar etmək üçün strategiya hazırlayıb. Bununla belə, respublikaçılar USAID-i dəstəkləmir və ya maliyyələşdirmənin bərpasını istəmirlər.

Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp xarici siyasətinə uyğunluğunu yoxlamaq üçün bütün xarici yardım proqramlarının 90 gün müddətinə dayandırıldığını elan edib.(Report)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Fevral 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri