Icma.az
close
up
RU
Ordumuz dünyanın ən güclü orduları sırasındadır

Ordumuz dünyanın ən güclü orduları sırasındadır

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 ili tamam olur. 1918-ci il iyunun 26-da müsəlman Şərqində ilk demokratik cümhuriyyət quran Azərbaycan müstəqil ordusunun yaradılması haqqında qərar verdi. Bu illər ərzində Silahlı Qüvvələrimiz bir çox sınaqlardan keçdi, lakin 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ Müharibəsi ordumuzun əsl gücünü, imkanlarını, peşəkarlıq səviyyəsini ortaya qoydu. Bu gün qalib ordumuz müstəqilliyimizin, suverenliyimizin əsas təminatıdır. 

Hər bir dövlətin daxili siyasətində ordu quruculuğu ən əsas sahələrdən biridir. Hələ 1969-cu ildə Heydər Əliyev birinci hakimiyyəti dövründə bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atmış, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etmişdir. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərində təhsil alması üçün şərait yaratmışdır. C.Naxçıvanski adına Hərbi Məktəbdə yetişən zabit kadrlarımız istər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərmişlər. 1993-cü ildə  hakimiyyətə gəlmiş Ulu öndər bütün sahələr kimi, ordu quruculuğuna da diqqət və qayğısını artırmışdır. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən dövlətimizə rəhbərlik edən Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqətlə yanaşmışdır. Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə  böyük diqqət ayırmışdır. 30 il ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı. 

Artıq 27 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi.  Azərbaycan sərhədləri etibarlı əllərdədir, dövlətimizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir güclü ordumuz var. Ən əsası isə, cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır.  

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri