Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Ordumuz onların qisasını döyüş meydanında aldı Kamaləddin Qafarov

Ordumuz onların qisasını döyüş meydanında aldı Kamaləddin Qafarov

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son iki əsr ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları fonunda xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri də 1918-ci ilin mart soyqırımıdır”.

Globalinfo.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mətbuata açıqlamasında səsləndirib.

O, bildirib ki, həmin dövrdə baş verən hadisələr xüsusi qəddarlığı və geniş miqyası ilə seçilir:

“Təkcə milli və dini mənsubiyyətinə görə qətlə yetirilən günahsız insanların sayı on minlərlə ölçülür. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə bolşevik silahlı dəstələri və erməni daşnak qrupları tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə insan doğma yurdlarından zorla didərgin salınmışdır. Həmin qanlı hadisələr zamanı on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insan da erməni daşnak dəstələrinin hücumlarının qurbanı olmuşdur. Bu faciələrin baş verməsində “Daşnaksutyun” partiyasının iştirakı və təşkilatçı rolu isə danılmazdır. Tarixi mənbələr göstərir ki, Bakı Sovetinin təxminən 6 min silahlı əsgəri ilə yanaşı, “Daşnaksutyun”un 4 min nəfərlik silahlı dəstəsi də dinc əhaliyə qarşı həyata keçirilən qırğınlarda iştirak etmişdir. Bütün bunlar 1918-ci ilin mart-aprel hadisələrinin həm miqyasına, həm də qəddarlığına görə tarixdə ən dəhşətli qətliamlardan biri kimi qiymətləndirilməsinə əsas verir. Faciənin real miqyasını anlamaq üçün Bakı ilə yanaşı, Şamaxı və Qubada baş verən qırğınların da geniş şəkildə araşdırılması böyük əhəmiyyət daşıyır.”

Millət vəkili qeyd edib ki, 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə atılıb:

“Azərbaycan tarixinin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi haqsızlıqların araşdırılması kimi, 1918-ci il mart hadisələrinə də siyasi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gündəmə gətirildi. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında qeyd olunur ki, XIX–XX əsrlərdə baş verən faciələr torpaqlarımızın zəbt olunması ilə müşayiət edilmiş və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi planlı soyqırımı siyasətinin tərkib hissəsini təşkil etmişdir. Həmin sənədin imzalanması ilə martın 31-i rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Lakin tarix göstərdi ki, xalqımıza qarşı törədilən cinayətlər cavabsız qalmadı. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində qələbə qazanaraq şəhidlərimizin qisasını döyüş meydanında aldı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror tədbirləri isə Qarabağda separatizmin tamamilə aradan qaldırılması ilə nəticələndi və Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Bu gün Azərbaycan Respubliksının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə üçrəngli bayrağımızın dalğalanması həm xalqımıza böyük qürur yaşadır, həm də soyqırımı qurbanlarının və şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri