Icma.az
close
up
RU
Müzəffər Ordumuz 31 mart soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldı

Müzəffər Ordumuz 31 mart soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Erməni daşnaklarının 1918-ci ilin mart-aprel aylarında bolşeviklərlə birləşib azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 107 il ötür. Etnik, dini və milli zəminində düşünülmüş və sistematik şəkildə həyata keçirilmiş bu bəşəri cinayət ermənilərin azərbaycanlılara qarşı patoloji nifrətinin, anti-insani münasibətinin bariz nümunəsidir. XX əsrin əvvəllərində Azərbaycanda milli oyanışın baş qaldırması, müstəqil dövlət quruculuğu istiqamətində səylərin güclənməsi daşnak-bolşevik cütlüyünü ciddi narahat edirdi. Onlar 1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisini tərkisilah edəndən iki gün sonra əliyalın Bakı əhalisini qırmağa başladılar. Təkcə paytaxtda 15 mindən çox müsəlman qətlə yetirildi. Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə öldürülən Azərbaycanlıların sayı 30 mindən çox idi. Onların çoxunun meyiti tapılmadı. Çünki ermənilər öldürdükləri şəxsləri yandırırdılar. Bu, bəşər tarixində misli-bərabəri olmayan bir qətliam idi. 31 Mart soyqırımı ermənilərin müsəlmanlara, türklərə qarşı törətdiyi terror aktolarının, hərbi cinayətlərinin ən qanlısı, ən dəhşətlisi idi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, daşnaklar müsəlmanları qətlə yetirməklə kifayətlənmirdilər, həm də onların əmlaklarını müsadirə edir, evlərinə od vururdular: “Qətlə yetirilən müsəlmanlara olmazın işgənclər verən ermənilər, xüsusilə, qadınlara qarşı amansız davranıblar. Maddi-mədəniyyət və tarixi abidələrimizi belə dağıtmaqdan çəkinməyən erməni quldurları Təzəpir məscidinin, “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin, “Kaspi” qəzetinin, “Dağıstan” mehmanxanasının binalarını dağıtdıblar. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdilər.

Azərbaycanlılara qarşı törədilən bu soyqırımı aktına ilk dəfə siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olub. 1919 və 1920-ci illərdə 31 mart iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əgər Xalq Cümhuriyyəti 23 ay sonra devrilməsəydi, dövlətimiz həmin hadisələrə hüquqi qiymət verəcəkdi, insanlıq əleyhinə cinayət törətmiş erməniləri tapıb məsuliyyətə cəlb edəcəkdi. 28 aprel 1920-ci ildə AXC devriləndən sonra sovet hökuməti Mart soyqırımının xalqımız tərəfindən unudulması üçün əlindən gələni etdi, tarix dərsliklərini saxtalaşdırdı. Mart hadisələrinə ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Onun 1998-ci il martın 26-da imzaladığı Sərəncamla hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 2007-ci ildə Qubada stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edildi. Orada tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. Bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan bu abidə xalqımızın ziyarətgahına çevrilib.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb”.

Deputat sonda qeyd etdi ki, bəşər tarixinə faciə kimi düşən 31 Mart soyqırımı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir: “31 Mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Həmin hadisələr zamanı şəhid olan azərbaycanlıların ruhu daim uca tutulacaq. Onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 19 sentyabr 2023-cü ildə bir günlük əməliyyat zamanı torpaqlarımızda erməni separatizminin kökünü kəsdi. Ordumuz erməni terrorunun qurbanı olan bütün müsəlmanların, türklərin intiqamını döyüş meydanında aldı. Bu gün şəhidlərimizin ruhu şaddır. Onları qisası yerdə qalmadı. Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin, o cümlədən 1918-ci ilin martında baş vermiş hadisələrin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri