“Orhus”un baş məşqçisi: “Bizi ciddi bir sınaq gözləyir”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarkanın “Orhus” klubunun baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirəcəkləri qarşılaşma öncəsi fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, Danimarka və Azərbaycan çempionlarının Randers şəhərindəki ilk duelindən əvvəl təşkil edilən mətbuat konfransında danışan mütəxəssis rəqibin gücünə bələd olduqlarını vurğulayıb:
“Hazırlıq prosesini yüksək səviyyədə tamamlamışıq və qarşıda bizi necə bir mübarizənin gözlədiyinin fərqindəyik. “Sabah” keyfiyyətli kollektivdir. Onlar arxada qalan mövsümü son dərəcə uğurlu başa vurdular. Ölkənin ən güclü komandası sayılan və həmin vaxt Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ı geridə qoyaraq çempionluq sevinci yaşadılar. Bu səbəbdən də bizi ciddi bir sınaq gözləyir”.
Poulsen “bayquşlar”ın nizam-intizamlı oyununa da diqqət çəkib:
“Rəqibin hücum xəttində sabit performansı ilə seçilən dörd futbolçusu və şansları qola çevirməyi bacaran təhlükəli mərkəz hücumçusu var. Müdafiə xəttində də intizamlı təsir bağışlayırlar, rəqibə qol imkanları verməməyə çalışırlar”.
4 avqustda Randers stadionunda oynanılacaq “Orhus” – “Sabah” matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması isə avqustun 11-də Masazırda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Avqust 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















