Icma.az
close
up
RU
Orqanik Naxçıvan ın inkişaf konsepsiyası bu ayın sonuna qədər hazır olacaq

Orqanik Naxçıvan ın inkişaf konsepsiyası bu ayın sonuna qədər hazır olacaq

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Orqanik Naxçıvan" inkişaf konsepsiyası üzərində işlər bu ayın sonuna qədər yekunlaşdırılacaq.

Bunu "Report"a açıqlamasında prosesdə iştirak edən "Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin İdarə heyətinin sədri Emin Əliyev bildirib.

"Naxçıvan Muxtar Respublikası "yaşıq iqtisadi zona" elan edildiyindən bu sahədə konseptual yanaşma və tədbirlər planına ehtiyac yaranıb. Ölkəmizdə həm aqrar, həm də orqanik tədqiqatlar aparmaq üzrə böyük təcrübəsi olan bir şirkət "Orqanik Naxçıvan" aqroparkının inkişaf konsepsiyasını hazırlayır. Bu prosesə ölkəmizin bir sıra tanınmış ekspertləri cəlb edilib. Sənəd aprelin sonuna qədər yekunlaşaraq müvafiq orqana təqdim ediləcək. İşlər müəyyən edilmiş vaxtda yekunlaşsa 2025-ci ildən bu konpsepsiya tətbiq edilə bilər", - deyə o qeyd edib.

E.Əliyevin sözlərinə görə, hazırlıq çərçivəsində Naxçıvanın bütün kənd təsərrüfatı sektoru təhlil edilib: "Konsepsiyada Naxçıvanda orqanik və digər kənd təsərrüfatı məhsullarının istehsal və emal potensialı, keyfiyyət və rəqabətqabiliyyətliliik məsələləri, intensiv heyvandarlıq və bitkiçilik təsərrüfatlarının vəziyyəti əksini tapacaq".

O vurğulayıb ki, konsepsiya ilə Naxçıvanın orqanik məhsullarının ixrac potensialı müəyyənləşəcək: "Naxçıvan Türkiyə və İran ilə həmsərhəddir. Bu ölkələr isə ənənvi aqrar ölkələridir. Naxçıvanın bu ölkələrə kənd təsərrüfatı məhsulları ixrac etmək imkanları məhduddur. Lakin digər ölkələrdə - xüsusilə, körfəz ölkələrində Naxçıvan məhsullarına müştəri tapıla bilər. Ümumiyyətlə, ənənəvi kənd təsərrüfatı məhsulları ilə bu bazarlara çıxmaq mümkün deyil. Yerli ərik, şaftalı, fındıq, qoz, giləmeyvə və digər meyvə növləri ilə isə bazarlara çıxmaq mümkündür. Bu məhsulların təkcə xammal kimi deyil, emal edilmiş formada bazara çıxarılması məqsədəuyğundur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Aprel 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri