Icma.az
close
up
RU
Orqanizmdə möcüzələr yarada bilən giləmeyvə Tez tez yeyin

Orqanizmdə möcüzələr yarada bilən giləmeyvə Tez tez yeyin

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət hansı möcüzəvi giləmeyvədən gedir?

Bu, göyəm (qaragilə) giləmeyvəsidir.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, o, zəngin antioksidant tərkibi ilə ürək sağlamlığını, beyin funksiyalarını və ümumi immun sistemini gücləndirir.

Göyəmin faydalı tərkibi

Göyəm çoxsaylı güclü bioaktiv maddələrlə zəngindir:

Antosianinlər – göyəmə tünd mavi-bənövşəyi rəng verən bitki piqmentləridir. Onlar ürək-damar sistemini qoruyur, beyin fəaliyyətini gücləndirir, iltihabı azaldır və oksidativ stressə qarşı mübarizə aparır.

Kversetin – güclü antioksidant və immun sistemini stimullaşdıran təbii maddədir.

C vitamini – hüceyrələri qoruyur və immuniteti gücləndirir.

Resveratrol – ürək qoruyucu və iltihab əleyhinə təsirləri ilə tanınır.

Xlorogen turşusu – şəkərin səviyyəsini tarazlaşdırır, hüceyrələri qoruyur, iltihabı azaldır.

Göyəmi nə zaman yemək daha faydalıdır?

Nutrisioloq Meggi Moon qeyd edir ki, göyəmi günün istənilən vaxtında — səhər yeməyində, günorta qəlyanaltı kimi və ya axşam deserti olaraq qəbul etmək faydalıdır. Göyəm yedikdən sonra antosianinlərin səviyyəsi bir neçə saat yüksəlir, onun faydalı təsirləri isə orqanizmdə 2 günə qədər qala bilər. Həftədə bir neçə dəfə göyəm yemək beyin və ümumi sağlamlıq üçün tövsiyə olunur.

Göyəmi necə yemək daha faydalıdır?

Sağlam yağlarla birlikdə

Qoz, badam, avokado və ya fındıq yağı ilə birgə yemək antioksidantların mənimsənilməsini artırır.

Zülalla birlikdə

Tədqiqatlar göstərir ki, zülallar antosianinlərlə birləşərək onların sorulmasını asanlaşdırır. Məsələn, qatıq, kəsmik və ya yumurta ilə birlikdə qəbul edə bilərsiniz.

Təzə və ya dondurulmuş formada

Hər iki halda antioksidant tərkibi qorunur. Konservləşdirilmiş və şəkər əlavə olunmuş variantlardan uzaq durun.

Həzm sisteminizə diqqət

Aşağı mədə turşuluğu və ya bağırsaq mikroflorasındakı disbalans C vitamini və digər antioksidantların sorulmasını zəiflədə bilər.

Göyəmi gündəlik rasiona daxil etməyin 7 yolu

Qəlyanaltı kimi istifadə edin – bir stəkan təzə göyəm iş və ya dərs arasında ideal seçimdir.

Digər faydalı qidalarla birləşdirin – xurma, qara gavalı, pomidor, rukkola, qarpız ilə birlikdə yemək antioksidant effektini artırır.

Smuziyə əlavə edin – səhər smuzinizə bir ovuc dondurulmuş göyəm və bir az bitki südü əlavə edin.

İçeceklərdə yaradıcı olun – limonad və göyəmi birlikdə buz qəliblərində dondurun – həm sərin, həm faydalı, həm də estetik.

Salatlara əlavə edin – yaşıl salatlara bir ovuc göyəm yeni ləzzət qatır.

Yoğurtla qarışdırın – təbii yoğurtla birləşməsi həm zülal, həm də antioksidant mənbəyidir.

Yulaf sıyığına əlavə edin – səhər yeməklərinizdə faydalı və doyurucu seçimdir.

Nəticə

Göyəm təbiətin bizə təqdim etdiyi beyin üçün dərman, ürək üçün qalxan və immunitet üçün dəstək olan nadir giləmeyvələrdən biridir. Onu rasiona müntəzəm daxil edin və sağlamlığınız sizə təşəkkür edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri