Icma.az
close
up
RU
ORQANİZMDƏ QURDLAR. Simptomlar, müayinə və müalicə

ORQANİZMDƏ QURDLAR. Simptomlar, müayinə və müalicə

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Helmintlər insan və heyvan orqanizmində - bağırsaq, qaraciyər və digər daxili orqanlarda yaşaya bilən qurdlardır və onların 300-dən çox növü var.

Hər bir helmintin özünəməxsus həyat tərzi var. Tibbi əhəmiyyəti olan helmintlərin böyük əksəriyyətinin cinsi yetişmiş forması insan bədənində yaşayır. Mayalandıqdan sonra qurdlar öz yumurta və sürfələrini xarici mühitə tökür, bundan sonra onların inkişafı iki yolla gedir. Bundan asılı olaraq qurdlar iki qrupa bölünür: geohelmintlər ("geo" - torpaq deməkdir) və biohelmintlər ("bio" - canlı).

Geohelmintlər torpağa düşür, bir müddət inkişaf edərək invazion, yəni yoluxdurucu formaya çevrilir. Həmin yetişmiş yumurta və sürfə alimentar və ya perkutan (dəridən) yolla insan bədəninə daxil olur. Biohelmintlərdə isə xaricə tökülmüş yumurta orada inkişaf edə bilmir, çünki bir müddət qaldıqda məhv olur. İnkişaf edib invazion olması üçün o mütləq başqa bir canlının (inək, donuz, balıq və s.) bədəninə daxil olmalıdır. İnsan belə canlının ətini çiy və ya yaxşı bişməmiş halda yedikdə oradakı invazion sürfələri qəbul edib yoluxur.

Uşaqlar arasında yayılmış enterobius yumurtalarının xarici mühitdə inkişafına ehtiyac olmur. 28-56 gün yaşayan bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir hissəsinə bənzəyir. Enterobius, yəni uşaq bizquyruğu anusdan çıxdıqdan sonra perianal büküşlərə öz yumurtalarını ifraz edir. 4-5 saatdan sonra həmin yumurtalarda invazion sürfələr yetişir. Həmin yumurtalar güclü qaşınma və qızartı yaradan maddə ifraz edir. Yuxuda uşaq qeyri-iradi qaşınır və qurd yumurtaları insanın dırnağının altına, daha sonra hər tərəfə yayılır. Beləliklə, gecə yumurtalar ifraz edilərsə, səhər xəstənin ətrafında (aralıq nahiyəsində, əlində, yatağında və s.) tam invazion yumurtalar olur. Əgər qurd yumurtaları bir ailə üzvündə varsa, digər ailə üzvlərini yoluxdurur (müalicə zamanı bu nəzərə alınmalıdır).

Helmintozlar zamanı müəyyən simptomatika ilə xarakterizə olunan bir sıra ardıcıl mərhələlər ayırd edilir. Helmintozların kəskin və ya erkən invaziya mərhələsi insan orqanizmində (qan, qaraciyər, ağciyərlər, seroz qişalarda və s.) tez və gecikmiş tipli allergik reaksiyalarla müşahidə olunur.

Aşağıdakı simptomlar qurd xəstəliyindən şübhələnməyə əsas verir:

- Tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları;

- Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri;

- Bədən çəkisinin yaş normasından geri qalması;

- İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi;

- Ürəkbulanma, qusma, ağızdan suyun axması;

- İshal və ya qəbizlik;

- Bəzən nəcisdə qurdların və ya onların hissələrinin görünməsi;

- Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları;

- Yuxunun pozulması, yuxuda dişlərin qıcanması, öskürək kimi əlamətlər.

Qeyd. Bu əlamətlər qurdla əlaqədar olmaya da bilər.

Helmintlərlə yoluxma diaqnozu nəcisin müayinəsində qurd yumurtalarının aşkar edilməsinə əsasən qoyulur.

Uşaqlarda helmintin olmasını, konkret növünü araşdırdıqdan sonra müalicə etmək olar. Bağırsaqda helmintin (qurd və ya parazitin) aşkarlamaq üçün onu bilavasitə güvəcdə (qorşokda), alt paltarında görülməsi və ya laborator olaraq ən dürüst və ucuz yol 1 saat ərzində laboratoriyaya çatdırılan nəcisdə mikroskop altında  qurd yumurtalarının aşkarlanmasıdır.

Qan müayinəsinə əsasən  qurdların müalicəsi əsaslı deyil.  Çünki, bir dəfə də olsa helmintə tutulan insanın qanında anticisimlər tapıla bilər və bu qeyri-informativdir.

Ümumiyyətlə əgər helmintlər, parazitlər insanın səhhətində ciddi problemlər, narahatlıqlar yaratmırsa, müalicə etməyə ehtiyac yoxdur. Onlar bağırsaqda digər canlılar birgə yaşaya bilərlər.

Antihelmint dərman preparatları profilaktik (yəni bilmədən qurdu var ya yox) yalnız ev heyvanlarına təyin edilir.

Qurdu müalicəsi zamanı uşaqla sıx kontaktda olan hər bir kəs müalicə olunmalıdır.

Helmintozların müalicəsi antihelmint dərmanların tətbiqi ilə aparılır. Həmin preparatlar qurdu hərəkətsiz edir, odur ki müalicə dövründə uşağa sürüşkən qidalar (yulaf sıyığı, tərəvəz və meyvələr) təyin edilir ki, hərəkətsiz olan qurdlar orqanizmdən xaric edilsin.

Helmintozların profilaktikası üçün sanitariya - baytarlıq nəzarəti gücləndirilməli və mütəmadi olaraq sanitar maarifi işi aparılmalıdır. Bundan başqa, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, məktəblərdə və uşaq bağçalarında ayaqyollarını müntəzəm dezinfeksiya etmək lazımdır.

Qurdun müalicəsində dərman bitkiləri acizdirlər. Lakin profilaktik( qarşısını almaq üçün) qurdqovucu təsirə malik adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, uca andız kökü, adi yovşan otu tətbiq edilə bilər.

Nurəngiz Hacıyeva

Pediatr, Tibb üzrə fəlsəfə doktoru

https://www.instagram.com/dr_nurengiz_haciyeva_phd

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri